Pakistanda 72 nəfər terror aktının qurbanı olub

Pakistanın Sehvan-Şərif şəhərində Lal Şahbaz Qələndərin məqbərəsi yaxınlığında törədilən partlayış nəticəsində ən azı 72 nəfər ölüb, 150-dən çox insan yaralanıb.

Xudaferin.eu Reuters-ə istinadən xəbər verir ki, terrorçu-kamikadze insanların axşam namazı qılmaq üçün toplaşdığı məscidə girərək üzərindəki partlayıcı qurğunu işə salıb.

Hadisəyə görə məsuliyyəti “İslam dövləti” terror qruplaşması öz üzərinə götürülüb.

Xudaferin.eu

23:21