Pakistan parlamenti Ermənistanın işğalçılıq siyasətini pisləyən qətnamə qəbul edib

Pakistan Milli Assambleyasının Xarici əlaqələr üzrə daimi komitəsi Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalını pisləyən qətnamə qəbul edib.

Xudaferin.eu-nun APA-ya istinadən verdiyi məlumata görə, qətnamə daimi komitənin ötən gün keçirilən iclasında qəbul olunub.

Sənəddə Ermənistan Silahlı Qüvvələri tərəfindən 1992-ci ilin 26 fevralında Xocalıda dinc əhaliyə qarşı törədilən faciə pislənilib. Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dəstəyi bir daha ifadə edilib, habelə BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasının Erməni Silahlı Qüvvələrinin Azərbaycan ərazisindən dərhal çıxarılmasını tələb edən qətnamələrin tez bir zamanda icrası tələb olunub.

Qətnamədə həmçinin Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində səylərinə dəstək ifadə olunub.

Xudaferin.eu

14:35