Özbəkistandan Azərbaycana QARABAĞ dəstəyi

 

“Özbəkistan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir”.

 

Bunu Özbəkistan prezidenti Şavkat Mirziyoyev Daşkənddə Azərbaycan nümayəndə heyəti ilə görüşdə deyib. Dövlət başçısı vurğulayıb ki, rəsmi Daşkəndin Dağlıq Qarabağ münaqişəsindəki mövqeyi dəyişilməzdir. "Özbəkistan Ermənistan-Azərbaycan münaqişənin həllinin BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinin birmənalı olaraq icrasında görür".
Qeyd edək ki, 1991-ci ildə keçmiş Sovetlər Birliyi çökdükdükdən sonra, yenicə dövlət bağımsızlığını elan edən 15 müttəfiq respublikanın beynəlxalq müstəvidə tanınması üçün BMT-də səsvermə olubdur. Bu zaman Özbəkistan Ermənistanın dövlət müstəqilliyini tanımamaq haqqında səs veribdir. Bunu Özbəkistan rəsmiləri belə izah ediblər: “Ermənistan Cənubi Qafqazda Azərbaycana və Gürcüstana qarşı ərazi iddiası siyasəti aparır. Bununla yanaşı, Azərbaycanın ərazilərini işğal etmək üçün Dağlıq Qarabağda işğalçılıq siyasətini yürüdür. Ermənistan nə zaman Azərbaycan dövlətinə qarşı ərazi iddiası və işğalçılıq siyasətini dayandırarsa, Özbəkistan da bir dövlət olaraq Ermənistanın müstəqilliyinin varlığını tanıyacaqdır”.
1991-ci ildən bu günə kimi Özbəkistan Ermənistanın dövlət müstəqilliyini tanımamaq kimi siyasətini davam etdirməkdədir. Bununla yanaşı, iki ölkə arasında hər hansı bir diplomatik əlaqələr də yoxdur.

Xudaferin.eu
Özbəkistan, “Daşkənd Bürosu”

 

09:49