Özbəkistan televiziyasında Azərbaycanla ilgili xüsusi proqram sunuldu

 

Özbəkistanın başkəndi Daşkənddəki “Dunyo Boylab” televiziya kanalında özbək türkcəsində “Telesayohat Ozarbayjon” adlı iki bölümlü proqram nümayiş etdirilib.

Özbəkistandakı səfirliyimizin nəzdindəki “Azərbaycan Mədəniyyət Mərkəzi”nin (AMM) layihəsi əsasında gerçəkləşən proqramın 1-ci bölümündə Azərbaycan, Bakı şəhəri, ölkəçmizin turizm imkanları, tarixi binaları, turistlərin səyahət etdiyi maraqlı məkanlar, kültürü, adət-ənənələri, son illər əldə edilmiş nailiyyətlər geniş işıqlandırılıb.

Verilişdə öz gözəlliyi ilə seçilən və turistlərin marağına səbəb olan Bakı Uluslararası Aeroportu, Qız qalası, İçərişəhər, Ginnesin rekordlar kitabına düşən möhtəşəm Bayraq Meydanı, habelə çağdaş memarlıq örnəkləri, Alov qüllələri, Xalça Muzeyi və s. Ilgili  geniş bilgilər verilir.

Proqramda “Xalça Muzeyi”, burada saxlanılan əski xalçalarımız haqqında məlumatlarla yanaşı, 2016-cı ilin sentyabrında Mədəniyyət və Turizm Nazirliyi və AMM-in birgə təşkilatçılığı ilə İçərişəhərdə özbək gənclərinin çıxışı və konsert proqramından kadrlar nümayiş etdirilir.

Verilişin 2-ci bölümündə Azərbaycanın Gəncə şəhəri və onun ümumi mənzərəsi, Xan bağı, Cavad xan və Nizami Gəncəvinin məqbərələri göstərilir və onların tarixi haqqında danışılır. Ötən il Gəncədə keçirilən Türk Dövlətləri Gənclər Festivalı barədə də verilişdə süjetlər təqdim edilir, Azərbaycan təbiətinin incisi Göygöl haqqında danışılır. AMM bu verilişləri tamaşaçılara çatdırmaq məqsədilə “youtube.com” səhifəsində də yerləşdirib (https://).

Xudaferin.eu
Özbəkistan, “Daşkənd Bürosu”

09:36