Özbəkistan qəzetində azərbaycanlı rejissor haqqında yazı dərc olunub

Özbəkistanın “Darakçi” qəzetində Əlişir Nəvai adına Opera və Balet Teatrının baş rejissoru, Azərbaycanın və Özbəkistanın Xalq artisti, professor Firudin Səfərovun 85 illik yubileyi ilə bağlı “Firudin Səfərov: Opera mənim həyatımdır” sərlövhəli məqalə yerləşdirilib.

Xudaferin.eu xəbər verir ki, əvvəl müsahibədə Firudin Səfərovun həyatı və yaradıcılığı haqqında məlumat verilir, onun Bakıda, Daşkənddə tamaşaya qoyduğu əsərlər haqqında söhbət açılır.

“Artıq 40 ilə yaxındır ki, bu teatrda çalışıram və ötən müddətdə 70-dən çox müasir və klassik opera tamaşasına quruluş vermişəm. Özbəkistana gəlməzdən əvvəl 14 il Azərbaycan Dövlət Opera və Balet Teatrının baş rejissoru işləmişəm. Bakı teatrında böyük Üzeyir Hacıbəylinin “Koroğlu” və “Leyli və Məcnun” operalarına quruluş vermişəm”, - deyə F.Səfərov müsahibəsində bildirib.

Xatırladırıq ki, Firudin Səfərovun 70 və 80 illik yubileyləri Daşkənddə yüksək səviyyədə qeyd olunub və opera sənəti qarşısındakı xidmətlərinə görə Özbəkistanın birinci Prezidenti İslam Kərimovun Fərmanı ilə “Əmək şöhrəti” ordeni ilə təltif edilib.

Xudaferin.eu

17:02