Özbəkistan ilə Qazaxıstan aralarında mal mübadiləsinin həcmini 5 milyard dollara qaldırmaq niyyətindədirlər

 

Özbəkistan prezidentinin mətbuat xidmətinin verdiyi məlumata görə dövlət başçısı Şavkat Mirzəyev Qazaxıstanda rəsmi səfərdədir.

Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Şavkat Mirzəyevlə görüşündə iki ölkə arasında siyasi, ticarət-iqtisadi, sərmayə qoyuluşu, nəqliyyat-kommunikasiya, mədəni-humanitar və digər sahələrdə əlaqələrin indiki vəziyyəti və perspektivləri, regional və beynəlxalq məsələlər ətrafında geniş müzakirələr aparılıb. Qazaxıstan prezidenti bildirib ki, qısa müddət ərzində sərhədlərin açılması, nəqliyyat və ticarət sahələrində əməkdaşlığın gücləndirilməsi ölkələr arasında ticarətin həcmini nəzərəçarpacaq dərəcədə artırıb. Bildirilib ki, iki ölkə aralarında mal mübadiləsinin həcmini 2 milyarddan 5 milyard dollara qaldırmaq niyyətindədirlər. Görüşdən sonra təxminən 1 milyard dolar həcmində 92 saziş imzalanıb. Səfər çərçivəsində hər iki ölkənin biznes dairələrinin iştirakı ilə biznes-forum da keçirilib və tədbirdə 500-dən artıq iş adamı iştirak edib.

 

Xudaferin.eu
Qazaxıstan, “Astana Bürosu”

 

10:31