Özbək dərgisində Azərbaycanın tarixi və mədəniyyəti haqqında məqalə çap edilib

 

Özbəkistanın “Tasvir” jurnalında jurnalist Rimma Sabircanovanın Azərbaycan haqqında məqaləsi dərc edilib. Məqalədə Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti haqqında danışılır, qədim tarixi abidələrlə bağlı məlumat verilir.

Yazıda İşərişəhər, Şirvanşahlar sarayı, Qız qalası, Dənizkənarı Milli Parkdan bəhs edilir, bu məkanların tarixindən söhbət açılır. Bildirilir ki, Azərbaycan regionun ən inkişaf etmiş ölkəsinə çevrilib, neft sektoru, eləcə də digər sahələr inkişaf edir. Bütün bunlar Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və bu gün onun siyasi kursunu davam etdirən Prezident İlham Əliyevin gərgin zəhməti hesabına başa gəlib.

Qeyd edək ki, Daşkənddəki Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü ilə özbək jurnalistləri və yazarlar üçün “Azərbaycan-Özbəkistan qardaşlıq körpüsü” adlı layihə həyata keçirilir. Layihə çərçivəsində iyulun 17-dən 24-dək Özbəkistanın jurnalist və yazarlarının Azərbaycana mediaturu təşkil olunub, onlar artıq təəssüratlarını mətbuatda bölüşürlər. Müəllif bu məqaləni həmin təəssüratlar əsasında yazıb. Layihəyə ölkəmizin Özbəkistandakı səfirliyi, Beynəlxalq Avrasiya Mətbuat Fondu və Mətbuat Şurası dəstək göstərib.

Xudaferin.eu
Özbəkistan, “Daşkənd Bürosu”

15:38