“Öz əsərini yarat”

 

Uşaq və gənclər istədikləri mövzuda rəsmlər çəkiblər
 

Dənizkənarı Milli Parkda Azərbaycan Dövlət Rəsm Qalereyasının və Dənizkənarı Bulvar İdarəsinin təşkilati dəstəyi ilə “Öz əsərini yarat” adlı tədbir keçirilib. Layihə paytaxt sakinlərinin və şəhərimizin qonaqlarının rəssamlıq sənətinə marağının artırılması, gəzintiyə çıxan insanlara öz yaradıcılıq bacarığını nümayiş etdirmək üçün imkan yaradılması, həmçinin ölkəmizə səfər edən xarici turistlərdə maraq oyatmaq məqsədilə reallaşdırılıb.

Tədbir boyu iştirakçı uşaq və gənclər istədikləri mövzuda rəngarəng rəsmlər çəkiblər.

Xudaferin.eu

10:07