Orta Asiyanın işğalı üçün Əfqanıstandan hücuma keçdilər, Azərbaycanı da ... – “TROYA ATI” PLANI

 

 

ABŞ Türkiyədə dövlət çevrilişinə cəhd edən FƏTÖ terror təşkilatı vasitəsilə Orta Asiyanı işğal etmək istəyir.
 

Türkiyədə dərc olunan Star” qəzeti xəbər verir ki, Orta Asiyanın işğal edilməsi üçün Əfqanıstan baza olaraq seçilib: “2008-ci ildə Əfqanıstanı ələ keçirmə hərəkatı başlandı. Əvvəlcə burada FƏTÖ-nün iki məktəbi açılıb, daha sonra məktəblərin sayı 15-ə qədər artırılıb. Bununla yanaşı, Orta Asiyaya ixrac ediləcək mütəxəssislər də məhz Əfqanıstanda hazırlanır”.

Qəzet qeyd edir ki, Əfqanıstanda yetişdirilən mütəxəssislər Özbəkistanda, Tacikistanda, Qazaxıstanda, Türkmənistanda, hətta Azərbaycanda da fəaliyyət göstəriblər.

“Lakin Orta Asiyanın işğalı üçün təkcə təhsil üzərində yox, həm də polis sistemində də yuva qurublar. Bu plan “soyuq müharibə” dövründə Orta Asiyaya daxil ola bilməyən ABŞ-a aiddir. Vaşinqton tərəfindən Orta Asiyaya “Troya atı” olaraq daxil edilən FETÖ bölgə ölkələrinin hüquq-mühafizə sisteminə sızmaq üçün xüsusi qrup yaradıb. FƏTÖ məktəbləri əslində Rusiyanın mühasirəyə alınması siyasətinin bir hissəsidir”, - deyə qəzet yazıb.
 

Hurriyyet.org 

09:34