Onları unutmağa haqqımız yoxdu...

Dadıyev Elnur Cəlal oğlu 6 mart, 1998 ci ildə Lerik rayonunun Buruq kəndində
anadan olub. 2005-2011 ci illərdə № 94, 2011 -2013 cü illərdə Sabunçu rayonu ,
Balaxanı qəsəbəsinin № 69 məktəbdə oxuyub. Məktəbi bitirən kimi 14 saylı Bakı
Peşə Liseyinə daxil olur, 2016 cı ildə oranı bitirir.

14.08. 2016 cı ildə Lerik R.H.K. tərəfindən həqiqi hərbi xidmətə çağırılır. Hərbi
xidmətdə qranatamyod atıcısı vəzifəsini daşımışdır. 2018 ci ildə hərbi xidmətini
başa vurur və ixtisası üzrə işləməyə davam edir. Elnur mükəmməl dərzi idi.
Böyük arzuları var idi. Qardaşı ilə Türkiyəyə gedəcəyini və orda moda dünyasına
qatılıb, öz işini quracağını xəyal edirdi. Lakin arzuları Vətəninə olan sevgisinə
üstün gələ bilmədi.

Vətən müharibəsi başlayan kimi könüllü olaraq orduya yazılır,27 sentyabr 2020 ci
il mübarizəyə qoşulur. Bir ay sonra ,28 oktyabr 2020 ci ildə Fizuli rayonu
ustiqamətində gedən döyüşlərdə şəhid olur.

Dadıyev Elnur Cəlal oğlu döyüş vaxtı şücəat və qormazlığına görə ölümündən sonra " Vətən Uğrunda" medalı ilə mükafatlandırılıb.

Allah şəhidlərimizə rəhmət etsin!

Züleyxa NaEl
Xudaferin.eu


11:16