“Onlar özlərini, ailələrini müstəqillik amalına qurban verdilər”

Mehriban Vəzir: “Təəssüf ki, Cümhuriyyət dövrünün ədəbiyyatı yazılmayıb”
 

Məlum olduğu, bu il ölkə başçısı tərəfindən “Cümhuriyyət İli” elan edilib, bu müstəvidə bir sıra addımların atılmasına qərar verilib. Maraqlıdır, Cümhuriyyət dövrü, o dövrün hadisələri Azərbaycan ədəbiyyatında, mədəniyyət və incəsənətində öz əksini yetərincə tapıbmı?

Moderator.az-a açıqlama verən yazıçı-publisist Mehriban Vəzir bu sahədə vəziyyəti ürəkaçan olmadığını vurğulayıb:

“Bu suala birmənalı olaraq “yox” cavabı verirəm. Həmin dövrün ədəbiyyatı yaranmayıb. Tarixi lazımi səviyyədə araşdırılmayıb. Böyük şəxsiyyətlərinin hekayəsi yaranmayıb. Bütün bunlar təhsil-tədris sisteminə salınmayıb. Maarifləndirmə işləri görülməyib. Özlərini, ailələrini, arzularını, nəsillərini bu amala qurban verən insanların xatirəsi əbədiləşdirilməyib, heykəlləri qoyulmayıb. Bir sevindirici amil var ki, bu heykəllər xalqımızın ürəyində var. Lakin bu, yetərli deyil. O dövrün ədəbiyyatının yazılmasına ehtiyac var. O dövrün tarixi hadisələrinin bədiləşdirilməsi üçün gərək ki, sifarişlər verilərdi. Dövlət proqramları hazırlanardı. Mədəni ittifaqlar bu layihələrə qoşulaydı. Onlar da bu məsələyə öz töhfələrini verərdi. 

Tarix müstəqil şəkildə araşdırlmalı idi. Lakin təəssüf ki, bütün bunlar olmadı”.

 

Seymur Əliyev

 

 

 

 

19:58