"Ölkənin torpaq sahələri inhisarçı məmurların əlindədir"

 

Vahid Məhərrəmov: “Son 4 ildə kələm istehsal azalan xətt üzrə gedir”
 

Prezidentinin 2016-cı il 6 dekabr tarixli nömrəli Fərmanına görə, 11 istiqamət üzrə Strateji Yol Xəritəsi nəzərdə tutulub ki, bunun da biri “Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”dir. Aprelin 11-də prezident bu fərmanın icrası üçün sərəncam verib. Sərəncamda kənd təsərrüfatı sahəsi üzrə maliyyələşdirmə mexanizmlərinin təkmilləşdirilməsi, kənd təsərrüfatının maliyyə resurslarına tələbatı üzrə hədəflərin müəyyənləşdirilməsi, kredit zəmanət fondunun yaradılması imkanlarına baxılması, kənd təsərrüfatında innovativ və girovsuz kreditlərin tətbiqi mexanizmlərinin hazırlanması, kreditlər üçün girov bazasının genişləndirilməsi, kənd təsərrüfatı məhsulları istehsalçılarının maliyyə savadlılığının artırılması və kənd təsərrüfatının inkişafı üçün digər məsələlər nəzərdə tutulub.

“Ölkədə kifayət qədər maliyyə resursları oluğu zaman bu sahəyə əhəmiyyət verilmədi”

 

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov bildirdib ki, o, həmin sənədlə tanışdır: “Biz 2010-cu ildən bu təşəbbüslə hökumətə təkliflərimizi vermişdik. Həm banklar, həm də kəndlilər üçün normal imkan yaratmaq məqsədilə dövlət büdcəsi hesabına zəmanət fondunun yaradılmasını təklif etmişdik. Biz bunu bir konsepsiya formasında hazırlamışdq ki, həm bank sistemi, həm də kəndlilər üçün əlverişli mühit osun. Aydın məsələdir ki, kəndlilərin bankların tələb etdiyi səviyyədə girovları yoxdur və maliyyə resursuna ehtiyacı var. Kənd təssərrüfatını maliyyəsiz inkişaf etdirmək mümkün deyil. Bu sahəyə ayrılan subsidiya da yetərli deyil. Mən bankları da başa düşürəm, kredit resurslarının verilməsi banklar üçün rusklidir. Ancaq bununla yanaşı, ölkə özünün ərzaq məhsullarına olan təlabatını ödəməlidir. Bunu da bizim fermerlər həyata keçirə bilər. Bu baxımdan, zəmanət fondunun yaradılması təklifini bir müddət əvvəl vermişdik. Çox təəssüflər olsun ki, ölkədə kifayət qədər maliyyə resursları oluğu zaman buna əhəmiyyət verilmədi və həmin böyük həcmli maliyyə resursları gəlir gətirməyən sahələrə ayrıldı”.

“Arzulayardım ki, bu sərəncam olaraq kağız üzərində qalmasın”

“Bundan əlavə investisiya mühitinin yaradılması və kredit resurslarının uzunmüddətə, aşağı faizlə və girovsuz verilməsi ilə bağlı biz İqtisadi Tədqiqatlar Mərkəzi olaraq hökumtə təkliflər paketi hazırlayıb, göndərmişdik. Bu gün bunu başa düşüblərsə, bu da yaxşı haldır. Mən arzulayardım ki, bu sərəncam olaraq kağız üzərində qalmasın. Bu istiqamətdə müəyyən addımlar atılsın. Mən sərəncama baxdım, demək olar ki, biz səsləndirdiyimiz fikirləri bunlar yenidən səsləndirirlər. Aydın məsələdir ki, onlar bizm təkilflərimizdən istifadə ediblər” - dedi ekspert.

“Kənd təsərrüfatını sığortalamaq mümkün olmasa, fermerlər hətta müflis ola bilərlər”

 

Məhərrəmov hesab edir ki, kəndlilərlə, fermerlərlə maarifləndirmə işi aparılmalıdır ki, aldıqları kreditlərin vaxtında qaytarılması və yenidən lazım olarsa əlavə kredit resursları əldə edilməsi üçün onlar məsuliyyət hiss etsinlər: “Eyni zamanda onların bizneslərinin sığortalanması həyata keçirilməlidir. Çünki kənd təsərrüfatı çox riskli sahədir. Kənd təsərrüfatını sığortalamaq mümkün olmasa, fermerlərin biznesi etap-etap zərərə məruz qalar, onlar bu sahədən yaxşı gəlir əldə edə bilməz, hətta bəzi hallarda müflis ola bilərlər. Bu da çox ciddi problemlər yaradacaq. Biz kəndlilərin, fermerlərin biznesinizn sığortalanması istiqamətində təkliflərimizi vermişik. Arzulayıram ki, bizim verdiyimiz təkliflər həyata keçirilsin və nəticələr əldə edilsin. Bunu hazırlayan qurumlar ola bilsin hesab edirlər ki, bu, onların nailiyyətidir. Yox, vaxtilə bundan da sanballı təkliflər vermişdik”.

“Ölkənin torpaq sahələri inhisarçıların əlindədir, inhisarçılar da dövlət məmurlarıdır”

 

Məhərrəmov əlavə etdi ki, sərəncam adi bir sənəddir, sözdür, cümlədir: “Bunu həyata keçirmək üçün peşəkarlar lazımdır. Söz peşəkarları yox, işi bilən peşəkarlar, yəni təcrübəsi olan mütəxəssislər, alimlər lazımdır ki, bu işləri həyata keçirə bilsin. Yalnız kredit resurslarının ayrılması il bağlı deyil, istehsal ilə bağlı ciddi problemlərimiz var. Hətta bu gün ölkənin torpaq sahələri əsas inhisarçıların əlindədir. Bunu ona görə deyirəm ki, inhisarçılar da dövlət məmurlarıdır. Onlar korrupsiya yolu ilə çoxlu maliyyə resursu toplaya biliblər, ancaq onlar da bu işin öhdəsindən gələ bilmirlər, baxmayaraq ki, kifayət qədər maliyyə resursları var”.

“Kənd təsərrüfatında problem bu sahəni bilən peşəkarların olmaması ilə bağlıdır”

 

Məhərrəmovun fikrincə, kənd təsərrüfatında problem bu sahəni bilən peşəkarların olmaması ilə bağlıdır: “Onu da qısa müddətdə yetişdirmək mümkün deyil. Əslində, belə peşəkarlar, müəttəxissislər var. Onları axtarıb tapıb, məsləhətləşmək, bu səmtə yönəltmək lazımdır. Nə qədər ki, sağ-salamatdırlar onların bilgilərindən istifadə etmək lazımdır. Kredit resursu ilə bu məsələ həll olunarsa, bizdən də varlı ölkələr var. Maliyyə resursu bu məsələdə komponentlərin biridir, əsası deyil. Kənd təsərrüfatını maliyyə resursu olmadan da inkişaf etdimək olar. Əsas odur ki, bu sahənin peşəkarları qol çırmayıb, bu sahəyə girişsinlər və bizim fermerlərimizi maarifləndirsinlər, istiqamət versinlər”.

 

“Pulun özünü basdırıb, ondan məhsul almaq mümkün deyil”

Ekspert onu da vuğuladı ki, kənd təsərrüfatında yeni texnologiyanın tətbiqi də çox vacibdir: “Digər tərəfdən, keyfiyyətli toxum istehaslı və yaxud toxumların xaricdən gətirilməsi, yeni toxumların yetişdirilməsi, bunların hamısı vacib şərtdir. Bu sahə ilə bağlı peşəkarlar olmadan düşünmürəm ki, bunu da həyata keçimək mümkün olsun. Pul bir vasitədir, əsas odur ki, həmin resurslardan səmərəli istifadə olunsun və lazımi istiqamətə yönəldilsin və nəticə əldə olunsun. Bu gün pulun özünü basdırıb, ondan məhsul almaq mümkün deyil, gərək bu işin biliciləri bu işlə məşğul olsun ki, kapital qoyuluşu da yaxşı nəticə versin”.

Şamo Emin
Hurriyyet.org

 

06:12