Ölkədən çıxışına qadağa qoyulan şəxs Azərbaycanı tərk edib

Beynəlxalq Bank işinə görə ölkədən çıxışına qadağa qoyulan Bakının “İnterfutbol klubunun sabiq prezidenti Georgi Nikolov Azərbaycanı tərk edib.
 

Aprelin 7-də Bolqarıstana dönüb. O, Azərbaycana girişinə bir il müddətinə qadağa qoyulduğunu da qeyd edib: “Martın 7-də Bolqarıstana dönmüşəm. Nəhayət ki, Varnada, evimdəyəm, problem həll olundu. Lakin Azərbaycanın Dövlət Miqrasiya Xidməti ölkəyə girişimə qadağa qoyub. Səbəb isə son il yarım ərzində Bakıda qanunsuz yaşamağımdır. Halbuku icazəsiz yaşamqla bağlı problem məndən qaynaqlanmırdı. Beynəlxalq Bankla bağlı araşdırmalar getdiyi üçün Azərbaycandan çıxışıma qadağa qoyulmuşdu. Amma mənə qarşı heç bir ittiham irəli sürülməmşdi. Proses başa çatdı və səbrli davrandığım üçün mənə təşəkkür edib, yola saldılar. Mənə dəstək olan, maraqlanan hər kəsə, xüsusən də media nümayəndələrinə təşəkkür edirəm. Ümid edirəm ki, yenə görüşəcəyik”.

“İnter”in sabiq prezidentideyib ki, bundan sonra futbol sektorunda çalışmaq istəmir. O, şəxsi biznesini quracağını söyləyib: “Hələlik iş barədə düşünmürəm, istirahət edib, özümə gəlməliyəm. Artıq futbol sektorunda çalışmağa həvəsim yoxdur. Amma heç vaxt “heç vaxt” deməmək lazımdır. Şəxsi işimi quracam”.

Xatırladaq ki, Georgi Nikolov 2006-cı ildən 2015-ci ilədək Bakının “İnter” klubunun prezidenti vəzifəsində çalışıb. Komandanın fəxri prezidenti isə “Azərbaycan Beynəlxalq Bank” ASC-nin sabiq rəhbəri, hazırda həbsdə olan Cahangir Hacıyev olub.

Report.az

19:56