ÖLKƏDƏ ŞOK KORRUPSİYA FAKTI

Vahid Məhərrəmov: “Ayrılan subsidiyanın yarısı mənimsənilir”

Ötən gün mətbuatda yayılan məlumata görə, Kənd Təsərrüfatı Nazirliyinin apardığı araşdırmalar zamanı yardımların verilməsi üzrə Respublika Komissiyası tərəfindən Zərdab rayon komissiyasına təqdim edilmiş siyahı ilə Zərdab rayon komissiyasından Kapital Bank ASC Zərdab filialına göndərilmiş siyahı müqayisə edilib. Nəticədə məlum olub ki, 238 nəfər istehsalçıya bank tərəfindən faktiki ödənilən vəsaitlə Respublika Komissiyasının ödənilməsi barədə qərar qəbul etdiyi vəsait arasında 37185,50 manat fərq var. Nəzərdə tutulduğundan artıq olan həmin vəsait məhsul istehsalçılarının bir qisminə ödənilməli məbləğdən azaldılaraq digər istehsalçıların bank hesablarına köçürülüb. Konkret olaraq da Şəhla Məmmədəli qızı İsmayılovaya ödəniləcək yardımın məbləği 9900 AZN göstərildiyi halda, Kapital Bank ASC-nin Zərdab filialı tərəfindən istehsalçıya 5000 AZN ödənilib. Kənd Təsərrüfatı Nazirliyi aşkar etdiyi nöqsanlara hüquqi qiymət verilməsi üçün sənədləri Respublika Prokurorluğuna göndərib. Əslində, bu fakt özü göstərir ki, ölkədə korrupsiya tuğyan edir. Ona görə də ölkə iqtisadiyyatı idxaldan asılı qalıb. Maraqlıdır ki, Kənd Təsərrüfatı Nazirliyi aşkar etdiyi nöqsanlara görə, hansı qurumu korrupsiyda ittiham edir? Bu fakt korrupsiya faktı kimi mətbuatda dərc olunubsa, bu faktla bağlı Respublika Prokurorluğunun da məlumatı ictimaiyyətə çatdırılmalıdır ki, ictimaiyyət sahibkarlara ayrılan subsidiyanı kimlərin həzm etdiyini aşkar bilsin.
Movzu ilə bağlı kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov açıqlama verib: “Çox təəssüf ki, indiki kənd təsərrüfatı naziri təftişlə məşğuldur. Kənd Təsərrüfatı Naziriliyi elə mexanizmlər hazırlmalıdr ki, verilən subsidiyalar mənimsənilməsin. Onlar bunun öhdəsindən gələ bilmir. Ona görə ki, qeyri-peşəkardırlar. Nazir əvvəlki peşəsi üzrə maliyyə resurslarının xərclənməsi mexanizmini araşdırır. Maraqlıdır, Kənd Təsərrüfatı Nazirliyinin görəcəyi bir iş yoxdumu ki? Ölkə batıb gedir. Ölkə idxaldan asılı vəziyyətdə qalıb. Son 11 ayın statistikası əvvəlki ilin statisitakası ilə müqayisədə ölkəyə idxal olunan qida məhsullarının həcminin bu il 35 faiz artdığını göstərir. Bunlar nə işlə məşğuldurlar? Subsidiyaların yeyintisi həmişə olub. Sən yaxşı mexanizm hazırlaya bilmirsənsə, sən prokurorluğa işləyirsən? Mən başa düşə bilmirəm. Bunlar niyə öz işləri ilə məşğul olmurlar? Niyə aqrar siyasət aparmırlar? Niyə qanunda hansı boşluqlar var, o boşluqların aradan qaldırılması və yaxud qanunda nəzərdə tutulmayıbsa, o maddələrin əlavə olunması ilə məşğul olmurlar?! Ümumiyyətlə, elə bir qanun yoxdursa, onun hazırlanıb Milli Məclisə təqdim edilməsi ilə məşğul olmurlar. Kənd Təsərrüfatı Nazirliyi aqrar siyasətlə məşğul olmalıdr. Aqrar siyasət də budur. Qanunvericilik bazasının Azərbayan şəraitinə uyğun olaraq normal hala gətirilib çıxarılması və dövlət proqramlarının qəbul olunması, stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi vacibdir. Əgər sənin ayırdığın subsidiyanın səmərəliliyi təmin olunmursa, düşün, necə etmək lazımdır ki, ayrılan vəsaitlər bir nəticə versin. Ay kişilər, sizin işiniz başqa işdir. Qoy, araşdırma ilə başqları məşğul olsun. Ayrılan resursların səmərəli xərclənməsi ilə Maliyyə Nazirliyi məşğul olmalıdr. Kənd Təsərrüfatı Nazirliyi hansı haqla bu işlə məşğul olur? Kənd təsərrüfatı naziri qeyri-peşəkar olduğu üçün o digər işlərlə məşğul olacaq. O öz işi ilə məğul olmayacaq. O bu gün bu sahədə olan problemləri həll etməlidr. Kim nə qədər subsidiya alıb, nə qədər düzgün alıb, nə qədər ona çatmayıbsa, bu işlə digər qurumlar məğul olmalıdr. Bu, Kənd Təsərrüfatı Nazirliyinin apardığı siyasətlə bağlı deyil. Yəni onun üzərinə düşən vəzifə deyil”.
V. Məhərrəmov nəzərə çatdırdı ki, subsidiyanı Kənd Təsərrüfatı Nazirliyi ayırmır, Kənd Təsərrüfatı Nazirliyi subsidiya üçün müraciət edir: “Maliyyə Nazirliyi subsidiyanı ayırıır. Ona görə də yoxlamanı Maliyyə Nazirliyi həyata keçirməlidir. Onlar bir neçə il bundan əvvəl yoxlamalar həyata keçirmişdi və yekun sənəd hazırlyıb, müəyyən qurumlara təqdim etmişdilər. Sadəcə olaraq, indi Kənd Təsərrüfatı Nazirliyi qabaqalyıcı tədbir görür. Özlərini hansısa fəaliyyətlə məşğul olan kimi göstərmək istəyirlər. Ancaq bu sırf Maliyyə Nazirliyinin vəzifəsidir. Onlar ayrılan subsidiyaların necə xərclənməsini, necə gedib ünvana çatmasını, bu resurslara kimlərin əl qoymasını, hansı yolla resursların mənimsənilməsini araşdırmalıdırlar.
Onu da deyim ki, ayrılan subsidiyanın mənimsənilməsi çox asandır. Əvvəlcədən danışırlar ki, biz imza atacağıq, sənə (hansısa sahibkara) yardım edəcəyik. Buna yerli icra orqanları cavabdehdir. Orada kommissiyalar var. Bu kommissiyaları da yerli icra orqanları yaradır. Onlar da özlərinə lazım olan adamları kommissiyanın tərkibinə yerləşdirirlər. Onlarla razılaşan sahibkarla da subsidiyanı bölüşdürülər. Azərbycanda subsidiyanın mənimsənilməsi ona görə çox asandır. Belə faktlar yüzlərlədir”.
V. Məhərrəmov diqqətə çatdırdı ki, biz dünən Milli Şuranın kordinasiya mərkəzində də bununla bağlı geniş müzakirə açdıq: “Ayrılan vəsaitin yarısı mənimsənilir. Yuxarılar da bunu bilir. Bəzi halda onların nəzarətində olmayan faktlar, onların iştirakı olmadan həyata keçirilən proseslər sonradan narazlığa səbəb olur və bu məsələni qabardırlar. Yəni ki, filankəs yığdığı pulları bölüşməyib. Ona görə, biz onu bu formada cəzalandıracağıq. Yuxarıya hesab çatmayanda, yuxarı narazılıq edir”.
Ekspert vurğuladı ki, Azərbyacanda subsidiya əsas buğda istehsalı üçün ayrılır: “Ancaq Azərbycan buğdaya olan ehtiyacının 100 faizini idxalın hesabına ödəyir. İstəyir subsidiya sahibinə çatsın-çatmasın, onsuz da onun istehsal etdiyi buğda heç kimə lazım deyil. Yəni bu subsidiya bu sahəni stimullaşdırmır. Bu qeyri-səmərli biznesi, alveri, oğurluğu, mənimsəmə hallarını stimullaşdırır. İstehsalı stimullaşdırsa, indi Azərbycan özü buğda ixrac edərdi, idxal etməzdi. Azərbaycan 11 ayda 1 milyon 441 min ton buğda idxal edib. Nəyə görə subsidiya ayrılan vaxtdan bəri iki dəfə idxal artıb? Niyə stimullaşdırmır? Deməli, subsidiya mənimsənilir. Deməli, anlaşmaya gedirlər ki, sən hektarını göstər, pulunu verəcəm, görüşərik. Özlərinin “razborkası”dır, mətbuat da bu işə qarışır”.

Şamo Emin
Hurriyyet.org

13:11