Oğru ermənilərin növbəti həyasızlığı

İndi də “tolma festivalı”na hazırlaşırlar
Bu gün - mayın 22-də İrəvanda “10-cu ümumerməni tolma, yəni ”dolma festivalı" keçiriləcək. “Erməni kulinariya ənənələrinin inkişafı və mühafizəsi” ictimai birliyinin sədri Sedrak Mamulyan bununla bağlı deyib ki, 2011-ci ildəki birinci “tolma festivalı” tələm-tələsik keçirilib, çünki o vaxt Azərbaycan Prezidenti İlham Əliyev etdiyi çıxışların birində erməniləri saxtakarlıqda suçlamışdı.

Sitat: “2011-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının binasının açılış günü Əliyev ermənilərin guya mədəni, tarixi saxtalaşdırmalarına, həmçinin mətbəx məsələsinə toxundu və xüsusən də tolmadan danışdı. O gündən etibarən biz ümumerməni tolma festivalını keçirməyə başladıq. Ki, cəmiyyətimizə mədəni hücumların və mədəni ekspansiyanın da təhlükəli olduğunu anladaq, özümüzü mədəniyyət sahəsində də qoruyaq. Festivalının məqsədi - türkləşmə təhlükəsi altında olan erməni yeməyi tolmanın çoxsaylı növlərini populyarlaşdırmaqla onu qoruyub saxlamaq, eyni zamanda Ermənistanda bölgələrin və turizmin inkişafına kömək etməkdir”, - deyə Mamulyan sırtıqcasına bildirb.

Ermənilərin Azərbaycan mədəniyyətinə, musiqisinə, tarixinə, abidələrinə yiyələnmək istəməsi birinci dəfə deyil. Dolma ilə bağlı məsələ ilə də vaxtaşırı ortaya çıxır. Baxmayaraq ki, UNESCO rəsmi olaraq dolmanı Azərbaycan xörəyi kimi qeydə alıb. Qeyd edək ki, Azərbaycan mətbəxinə aid olan dolamanın 30-dan çox növü məlumdur.

Dolma sözü dilimizdə iki sözdən əmələ gəlib. Birinci “dolmaq, doldurmaq” felindəndir ki, bu da içərisi doldurulan pomidor, bibər, badımcan, heyva, soğan və s. dolmalardır. Hansı ki, bu ad onların hazırlanma texnologiyaları ilə üst-üstə düşür. İkinci söz “dolamaq” felindəndir ki, bu da yarpağı içliyə dolamaqdan irəli gəlir. Bunlar kələm, üzüm yarpağı, fıstıq (pip) yarpağı, əvəlik yarpağı və s. bu kimi yarpaqlardan hazırlanan dolmalardır. Bu tip dolmalara Türkiyə türkcəsində “sarma” da deyirlər ki, bu da “dolmaq” feli ilə dilimizdə də eyni məna daşıyan “sarımaq”, yəni bükmək felindədir.

Qeyd edək ki, Azərbaycanın regionlarında eyni adlı dolmalar müxtəlif üsulla bişirilə bilir. Məsələn, kələm dolması Gəncədə sadə bişirilirsə, Şəkidə ona şəkər, Naxçıvanın bəzi kəndlərdə şabalıd qatılır. Belə dolmalara “kor dolma” və ya “yalançı dolma” deyirlər.

Ümumiyyətlə, qiymələnmiş, xırdalanmış ətdən hazırlanan yemək texnologiyaları türklərə aiddir. Çəkilmiş, döyülmüş ət və qiymənin nəyəsə bükülüb, doldurulub bişirilməsi türklərin icadıdır. Yalnız dolma deyil, elə düşbərə, mantı, pelmeni, qulaqlar, müxtəlif börəklər, pirahi (peraşki) və s. bu qəbildəndir.

Dolma, sarma texnologiyasına XI əsrdə Mahmud Qaşqarinin “Divani-Lüğət it türk”də rast gəlinir. Quzu bağırsağına ət qiyməsi və düyü doldurularaq şişdə qızardılan və soğanla yeyilən bu yemək idi. Qaşqari də ət əvəzinə qaraciyər və ya qarından bişirilən növləri də göstərilir. Bunlardan birinin adı dolama, sarma anlamına gələn yöcrəmbəcdir.

XV əsrdə soğan, alma və bağırsaq, XVI əsrdə kudu, çaqqal əriyi yarpağı, kələm, yerkökü, soğan, badımcan, körlə balqabaq, XVII əsrdə üskümrü, təkir, lisani-sevr, qarpız, XVIII əsrdə pirasa, ispanaq, heyva, XIX əsrdə qovun, bamiyə, fındıq yarpağı, heyva yarpağı, qabırğa dolmaları bişirilirdi. XVII əsrdən Osmanlı mətbəxinin məşhur dolmaları ingiliscə yemək kitablarına daxil olmağa başladı. Sarma texnikalarını yaxşı bilmədiklərindən bu kitablarda verilən dolma açılmasın deyə ipdən istifadə edilirdi.

1780-ci ildə İstanbula gəlmiş Dominiko Sestini qabaq dolmasının “sosiskaya bənzəyən” nazik, uzun qabaqlardan hazırlandığını yazır. XVIII əsr qaynaqlarında Osmanlıda Midiya dolması bişirildiyi qeyd edilir. Dolma da kabab kimi elə güclü istiqamətlənmişdir ki, “dolmaçı” aşbazların xüsusi “dolma bıçağı” vardı. Bu bıçaqla qabağın özəyi çıxarılırdı. Yunan alimi Marianna Yerasimos Osmanlı sultanları dövründə XV əsrdə 2 (alma və soğan), XVI əsrdə 8 (heyva, alma, qabaq, şalğam, yarpaq, badımcan), XVIII əsrdə 3 (seyhi, qovun, hələb), XIX əsrdə isə 9 (mulebbes, hələb, yalançı, qovun, şalğam, yarpaq, pomidor, yalançı badımcan) dolmanın bişirildiyini göstərir.

Xatırladaq ki, 2016-cı ildə Azərbaycanda I Dolma Festivalı keçirilmişdi. 2017-ci ildə isə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESKO və İSESKO-nun Xoşməramlı səfiri Mehriban Əliyevanın dəstəyi ilə dolma hazırlama və paylaşma ənənəsi UNESCO ilə sıx əməkdaşlığın nəticəsində Azərbaycan xörəyi kimi qeydə alınıb.

Tahir Əmiraslanov: “Dolmanın Azərbaycan mətbəxinə aid olmasını sübut etmək üçün xeyli işlər görmüşük...”

Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanov mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Dolmanın Azərbaycan mətbəxinə aid olmasını sübut etmək üçün xeyli işlər görmüşük. 2016-2017-ci illərdə 2 ”Dolma festivalı" keçirdik. Həmin vaxt “Azərmarka” “Dolma” poçt markaları buraxdı və həmin markanın 10 əədədi Dünya Kulinariya Təşkilatı tərəfindən imzalandı, yayıldı. Qeyd edim ki, 381 çeşid dolmanın olduğunu ortaya çıxarmışıq. Erməni ildə 158 gün ət yeməyi yemir. Tarixi məlumatlarda da var ki, xristianlar ilin yarısını ət yemədikləri üçün bu cür xörək yarada bilməzlər. İkincisi də xristianlıqda yemək ləzzət üçün yaradılmırdı. Çünki nədənsə ləzzət alanları tonqalda yandırırdılar. Eləcə də cinsi münasibətdən də ləzzət almaq qadağan idi, bu yalnız nəsil davam etdirmək üçün idi. İslamda isə belə deyil. Ona görə də bu cür dadlı xörəklər İslamda yaranıb və dişi heyvanlar kəsilmirdi".

“Azərbaycanda yenidən dolma festivalının keçirilməsi planlaşdırılırmı” sualına isə Tahir Əmiraslanov “bunu üçün maliyyə ayrılmalıdır, maliyyə isə yoxdur”, - deyə cavab verib.

Xalidə GƏRAY,
Xudaferin.eu

22:16