“Nur camaatı” lideri Atatürkü təhqir etdi

Hakimiyyətdəki AKP və onun yandaşı olan MHP susdu, Ana Müxalifəti təmsil edən CHP isə üsyan püskürdü

 

Türkiyədə təməli 1909-cu ildə Səidi Kürsi (Nur) tərəfindən qoyulmuş “Nur camaatı” qurumunun bugünkü lideri Fətullah Gülənə bağlı olan dini cərəyanın liderlərindən biri olan Həsən Akar Türkiyə dövlətini və Türk xalqının lideri Mustafa Kamal Atatürkü təhqir edib.
Həsən Akar “TVNet” telekanalında yayımlanan “Dərin tarix” adlı verilişdə Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkü “1938-ci ildə gəbərən əclaf” adlandırıb. Daha sonra Həsən Akar Mustafa Kamal Atatürkün anasını təhqir etməkdən belə çəkinməyib: “Rəsmi məlumatlara görə, anası Lətifə xanım fahişəxanalarda çalışırdı”.

Həsən Akarın sözügedən ifadələri söyləməsini əks etdirən video sosial şəbəkələrdə ciddi etirazlarla qarşılanıb. Türkiyə ictimaiyyəti Həsən Akarı sözügedən ifadələrinə görə cəzalandırılmasını tələb edib.

Qeyd edək ki, 2014-ci ilədək Fətullah Gülən hərəkatı Türkiyədə “Nur camaatı”nın ən güclü qanadı kimi tanınıb. Lakin həmin ili Gülən camaatı “Nur camaatı” ilə fikirlərinin üstü-üstə düşmədiyini əsas gətirərək, bu təriqətdən ayrıldığını bəyan edib. Həsən Akarın Mustafa Kamal Atatürkü təhqir etməsinə qarşı hakimiyyətdə olan AKP iqtidarı və son referendumda ona dəstəkçi rolunda çıxış edən MHP hələ də susqunluq nümayiş etdirir. Bu təhqirlərə qarşı ən radikal və barış mövqeni isə Ana Müxalifət olan CHP sərgiləməkdədir. 

 

Xudaferin.eu
Türkiyə, “Ankara Bürosu”

10:04