Nəsimini yaşadan xalq artisti və ya Nəsiminin yaşadacağı insan...

İmadəddin Nəsimini onun təqdimatında tanıdıq, onun simasında sevdik. "Həqq məndədir" deyən şairin dərisinin necə soyulduğunu o, bizə göstərdi. Və biz onu elə Nəsimi kimi tanıdıq, Nəsimi kimi sevdik…
Rasim Balayev - Azərbaycan kino sənətinin ən parlaq simalarından biri, xalqın ağrı-acısını dilə gətirməkdən, necə deyərlər, "dərisinin soyulmasından" qorxmayan ziyalı…
Bir dostunun söylədiyindən məsəl çəkib deyir ki, Türkiyədə, İranda əvvəl həkimləri yetişdirib, sonra xəstəxana binaları tikdilər, bizdə isə əvvəl binanı tikib, sonra da həkimləri yetişdirirlər. Demirəm, bizdə yaxşı həkim yoxdur, var, amma gərək onu axtarıb tapa biləsən…
Niyə "sehirli qutuda" görünmürsüz sualına isə- mən gündəmdə olmaq xatirinə çəkilişə gedən insanlardan deyiləm- deyə cavab verir…
Özünə hörmət qoymağı bacaran, nüfuzunu qoruyub saxlaya bilən sənətkar…
O, 1948-ci ildə Ağsu rayonunda anadan olub. 1965-ci ildə Ağsuda orta təhsilini başa vurub. 1969-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. Bir çox filmlərdə rol alıb. 1993-cü ildən 2013-cü ilədək Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi olub...
1976-cı ildə əməkdar artist, 1982-ci ildə xalq artisti fəxri adlarına layiq görülüb.
1998-ci ildə "Şöhrət" ordeni, 2018-ci ildə isə "Şərəf" ordeni ilə təltif edilib. Azərbaycan Dövlət mükafatı laureatıdır…
Göründüyü kimi dövlətimiz ən ali mükafatları ondan əsirgəməyib, zəhməti dəyərləndirilib. Bunun üstünə xalq məhəbbətini də gələndə misli-bərabəri yoxdur...
Və milli mənəvi dəyərlərimizin təəssübünü çəkdikcə nüfuzu daha da artır, daha çox sevilir…
Rasim Balayev! Nə yaxşı ki, varsınız. Biz sizi çox sevirik. Bu sevgi səbəbsiz deyil- siz xalqımız üçün Nəsimini canlandırdınız, nə qədər ki, bu millət var Nəsimi də sizi yaşadacaq…
 
Elman Eldaroğlu,
ABŞ, Miçiqan
 
xudaferin.eu

10:30