Novruz personajları xoş ovqat yaradıb

 

Gəncə şəhər 41 saylı tam orta məktəbdə ana təbiətin oyanışı ilə əlaqədar ”Novruz şənliyi” keçirilib.

 

Şənlikdə məktəbin müəllim və şagird heyəti iştirak edib. Şagirdlər öz rəqsləri, səhnəcikləri və möhtəşəm çıxışları ilə hər kəsi heyran ediblər. Milli geyimdə olan şagirdlərin musiqi sədaları altında Novruz bayramı ilə əlaqədar hazırladıqları şeirlər, səhnələr, ifa etdikləri rəqslər, bayramın rəmzlərindən və adətlərindən olan səməni, xonça, eyni zamanda, Novruzun personajları Kosa, Keçəl və Bahar qızın şən zarafatları tədbir iştirakçılarında xoş ovqat yaradıb.

Hicran Məmmədova
Gəncə

14:06