Novruz Məmmədov: Azərbaycan Qərblə əməkdaşlığı seçdi

Azərbaycan Qərbə, Avropaya daha sıx bağlanmaq yolunu seçib.

Xudaferin.eu-nun məlumatına görə, bunu bu gün 2018 CAMCA Regional Forumunda çıxışında baş nazir Novruz Məmmədov deyib.

Baş nazir qeyd edib ki, Azərbaycan dünyanın ən mürəkkəb, mühüm regionunda, Şərqlə Qərbin, xristian və müsəlman aləminin qovuşduğu məkanda yerləşir: 

“Azərbaycan iqtisadi və insan resursları baxımından zəngin ölkədir. Bura Balkanlardan sonra dünyanın ən həssas regionudur. Mən Yaxın Şərqi bura daxil etmirəm. Azərbaycan Qərbə, Avropaya daha sıx bağlanmaq, əməkdaşlıq etmək yolunu seçdi.

Azərbaycan bu günə qədər mövqeyini dəyişməyib. Bu istiqamətdə də çox böyük layihələr icra edib. Azərbaycan İpək Yolunun bərpasında rol oynayır, Bakı ilə Avropanı dəmir yolu birləşdirir”.

Xudaferin.eu

12:08