Norveç işçi bayramı eyləmində “Güney Azərbaycan İran deyil” etirazları

 

İşçi və Əməkçi Bayramı münasibətinə Norveçin başkəndi Oslo şəhrində böyük eyləm düzənlənib. Bu eyləmə qatılan “Güney Azərbaycan Qurtuluş Partiyasının” (GAQP) yetkililəri və üzvləri “Azərbaycan Milli Azadlıq Hərəkatının siyasi məhbuslarına azadlıq”,  ”Güney Azərbaycan İran deyil” kimi pankartlar və fotolar qaldırıblar. GAQP fəallarının Güney Azərbaycanın ağır durumu haqda paylaşdığları bilgilər, qatılımcıların və yerli medianın diqqətini Güney Azərbaycana çəkib. Bununla yanaşı, eyləmdə bildirilib ki, Güney Azərbaycanda İran mollakratiya rejimi əsil apretid siyasəti yürüdür. Adicə ana dilində təhsil almaq belə bu ölkədə yasaq edilib. Ana dilində təhsil almaq istəyənləri isə zindanlara atır və onlara ən dözülməz işgəncələr verilir.

Xudaferin.eu
Norveç, “Oslo Bürosu”

09:55