“Noru” tufanı Yaponiyada fəsadlar törədir, təqribən 260 aviareys təxirə salınıb

 

 

Yaponiyaya yaxınlaşan “Noru” tufanına görə ən azı 259 aviareys təxirə salınıb. NHK telekanalının Yaponiya Meteorologiya Agentliyinə istinadla yaydığı məlumata görə, tufan hələ də Kyuşu adasının cənubundadır.

Təxirə salınan reyslər əsasən Kyuşu adasındakı Kaqoşima və Miyakaci prefekturalarının aeroportlarına məxsusdur. Bununla bərabər, aviadaşıyıcıların bildirdiyinə görə, hava şəraitindən asılı olaraq təxirə salınan reyslərin sayı arta bilər. Hazırda tufanın Kyuşu adasından cənubda yerləşən Amami adaları rayonunda olduğu bildirilir. Burada saatda 100 millimetr olmaqla güclü yağıntılar qeydə alınıb. Bununla əlaqədar sinoptiklər əhalini daşqınlardan və torpaq sürüşmələrindən qorunmağa çağırırlar. Küləyin sürətinin saniyədə 35 metrə, qısamüddətli şiddətlə əsmə zamanı isə 50 metrə çatdığı bildirilir.

Sinoptiklər yaxın zamanlarda tufanın şimal-şərq istiqamətində hərəkət edəcəyini proqnozlaşdırırlar. Beləliklə qarşıdan gələn həftədə onun Yaponiyanın əsas adası olan Hönşüyə çatacağı, o cümlədən Tokionu əhatəyə alacağı gözlənilir. Son məlumatlarda təbii fəlakət nəticəsində iki nəfərin həlak olduğu, doqquzunun isə xəsarət aldığı bildirilir.

Xudaferin.eu
“Uzaq Doğu Bürosu”

10:03