Niyazinin mənzil-muzeyində yubiley tədbiri keçiriləcək

Martın 6-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil - muzeyində bəstəkar, Azərbaycan Milli Konservatoriyasının professoru, Əməkdar incəsənət xadimi Məmmədağa Umudovun 70 illiyinə həsr edilmiş tədbir keçiriləcək.

Bu barədə AZƏRTAC-a Niyazinin mənzil-muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Rza Bayramov məlumat verib. Bildirib ki, tədbir çərçivəsində bəstəkarın həyat və yaradıcılığına nəzər salınacaq, pedaqoji fəaliyyətindən danışılacaq.

Tədbir çərçivəsində konsert proqramının təqdim olunması da nəzərdə tutulur.

AZƏRTAC

17:09