Nina Maria Lindvall; bu işi mən etməyim bəs kim etsin

Azərbaycan Qadınların  Siyasi Mədəniyyət Mərkəzinin Avrasiya Əməkdaşlıq Fondunun dəstəyi ilə həyata keçirdiyi layihə çərçivəsində daha bir diplomat xanımla görüş baş tutmuşdur. 

Gənc fəal xanımlar Avropa İttifaqının Azərbaycan ofisində siyasi məsələlər üzrə müşavir Nina Maria Lindvall ilə görüşmüşlər.
Xanım Lindval onlara öz həyat təcrübəsindən danışmışdır;
Mən yeniyetmə idim. Valideynlərimə deyirdim ki, böyüyəndə futbolçu olacağam. O vaxt qadınlar futbol oynamırdılar. Maraqlıdır ki, nə anam, nə də atam `axı qızlar futbol oynamır` demirdilr. Mənim istəyimi alqışlayırdılar. Lakin, özlüyümdə çox yaxşı bilirdim ki, qadınlar futbol oynamır. Düşünürdüm ki, bu nə vaxtsa olacaq, qadınlar da futbol oynayacaq. O zaman o fitbolçu qadın niyə mən olmalıyım? Mən olmayım bəs kim olsun? Niyə bu iş indi olmasın?  Indi olmasın bəs nə vaxt olsun?  Düzdür, futbolçu olmadım, amma artıq mən böyüyəndə qadınlat futbol oynamağa başladılar. Sonralar bütün işlərdə özümə belə sual verirdim. Bu işi kim edilməlidir, niyə də mən etməyim. Və niyə indi etməyim bu işi. Bu minvalla atrıq birinci kursda oxuyanda, 18 yaşımda partiya sıralarına üzv oldum. O zaman mənim partiyam müxalifətdə idi, biz bələdiyyə seçkilərinə gedirdik. Sonralr biz iqtidara gəldik. Həyatda mühüm olan bir neçə şey var. Onlardan biri mühit, ikincisi şansdır. Bir başqa mühüm məsələ isə rəhbərliyində işlədiyiniz insanın kim olmasıdır. Mənim rəhbərim o qədər gözəl insan, müdrik və professional idi ki… bu da mənim üçün ayrıca bir şans oldu.
Nina Maria Lindvall özü ilə ilk patronunun şəklini  və müxtəlif şüarlarını, seçki təbliğatı üçün hazırlanmış materialları gətirmişdi; 
- Bu xanım artıq öz partiyasının liderliyinə namizədliyini irəli sürməyə hazırlaşır. O da eyni sualı verir, indi yox, bəs nə zaman? Mən yox, bəs kim? Cəsarətlə lazımlı məqamım üst üstə düşməsi çox mühümdür. Yaxşı karyera qurmaq üçün həm cəsarətli olmaq, həm də addım atmağın zamanını düzgün təyin etmək lazımdır. İşgüzar qadını belə məqamları qaçırmaq haqqı yoxdur.
Nina Maria Lindvall qadın üçün cənnət olan İsveç vətəndaşıdır. O, ölkəsində qadınların öz haqları uğrunda apardıqları mübarizə tarixindən də söhbət açdı. Nənəsinin yaşadığı dövrdə qadın haqları uğrunda mübarizə hərəkatından və onun bu hərəkatda iştirakçılığından, anasının bu mübarizə hərəkatına verdiyi töhfələrdən söhbət açdı. Xüsusi qeyd etdi ki, mənim nənəmin və anamın zəhmətlə əkdiyi, becərdiyi bağın meyvələrini indi mən yeyirəm.
Görüş iştirakçıları Nina Maria Lindvalla müxtəlif suallar verir, onun karyera təcrübələri və İsveçdə gender bərabərliyi və qadın hüquqları ilə bağlı məsələlərlə maraqlandılar. 
Beləliklə, çox maraqlı söhbət və müzakirələrdən ibarət bu görüş, digər görüşlərdə olduğu kimi, bir yerdə xatirə şəkili çəkdirməklə sona yetdi.. 

Xudaferin.eu


 

22:34