Niderlandda şəhidlərimizə mahnı bəstələnib

Niderland Krallığında fəaliyyət göstərən “Odlar Yurdu” cəmiyyətinin rəhbəri, musiqiçi Firəngiz Bağırova Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin xatirəsinə həsr olunan mahnı bəstələyib. “Şəhidlər” adlanan mahnısnın sözləri və musiqisi Firəngiz Bağırovaya məxsusdur. Müəllifin öz ifasında səslənən mahnının oranjimanını Elxan Rzayev edib.

20 ildən çoxdur Niderland Krallığının Assen şəhərində yaşayan və Azərbaycan musiqisini təbliğ edən Firəngiz Bağırova Azərbaycan diasporunun təşkil etdiyi tədbirlərdə soydaşlarımız və yerli sakinlər qarşısında konsert proqramı, musiqi nömrələri ilə çıxış edir.

Xudaferin.eu
Niderland, “Amsterdam Bürosu”

21:47