Niderlandda qatarlar külək elektrostansiyalarının enerjisi ilə işləməyə başlayıb

Niderlandda bütün dəmir yolu qatarları küləklə işləyən elektrostansiyaların enerjisi ilə təmin olunmağa başlayıb. Ölkə qatarlarının küləyin gücü ilə hasil edilən elektriklə təchiz olunmasına keçməsi Avropa dövləti ilə yanaşı, bütün dünya üçün əlamətdar hadisədir. Niderland dəmir yollarında qatarların hərəkətinin külək elektrostansiyalarının hasil etdiyi enerji ilə işləmə texnologiyasını tətbiq edən ilk ölkədir.

Əldə etdiyimiz məlumata görə, generatorun bir saat işləməsi qatarın 200 kilometr məsafəni qət etməsinə kifayət edəcək. Bundan öncə Niderlandda qatarların külək elektrostansiyalarının enerjisinə keçməsi 2018-ci ilə nəzərdə tutulmuşdu.
Qeyd edək ki, demokratik bir dövlət olan Niderlandda elmi kəşflərə dövlət və özül sektorun dəstək verməsi ilə yanaşı, bu kəşflərin cəmiyyətdə səmərəli şəkildə istifadəsi üçün bütün bank sektorları mübarizə aparırlar. Beləliklə də elektrikostansiyaların enerjisi ilə işləyəcək qatarlar üçün ən əlverişli və ucuz gəlir mənbəyi yaranacaqdır. Bu da öz növbəsində ekologiyanın qorunması deməkdir. “Sabit Avropa” siyasətinin mənası da məhz bu ideyalar üzərində qurulmaqdadır.

Xudaferin.eu
Niderland, “Amsterdam Bürosu”

16:47