Niderland Şimal dənizində dünyanın ən böyük külək enerjisi parkını qurur

 

Niderland Şimal dənizində dünyanın ən böyük külək elektrik stansiyası parkını qurur.

Bu park 1,5 milyon nəfərin elektrik enerjisinə olan tələbatını təmin edəcək. Külək parkı ildə təxminən 2,6 teravat/saat elektrik enerjisi istehsal edəcək. Qroninqen şəhərinin sahilindən 85 kilometr uzaqlıqda qurulan külək parkı 68 kvadratkilometr sahəni əhatə edir və 150 külək turbinindən ibarətdir. “Van Oord” və “Siemens” şirkətlərinin birgə əməkdaşlığı ilə həyata keçirilən layihənin təxminən iki ilə tamamlanması nəzərdə tutulur.
Qeyd edək ki, alternativ enerji mənbələrinin yaradıdlması, həm də ekoloji təhlükəsizlik mənbəyi deməkdir. Həm yatırım baxımından, həm də ekoloji təmizlik baxımından belə addımların atılması təbiətə zərər vermədən, güclü maliyyə xərcləri ödəmədən ən yüksək gəlir qaynağı hesab olunur.

 

Xudaferin.eu
Niderland, “Amsterdam Bürosu”

 

09:47