Neftin qiyməti 55 dolları ötdü

Neft yeni həftəyə qiymət artımı ilə başlayıb. Brent markalı neftin qiyməti 5 dekabrda 55 dolları ötüb. Bu gün günorta saatlarına olan məlumata görə, bu markalı neftin hər bareli üçün 55,17 dollar ödənilib.  Sonuncu dəfə Brent neftdə bu qiymət 2015-ci ilin iyulun sonunda qeydə alınmışdı. 

WTI markalı neftində də qiymətində artım var. Bu markalı neftdə qiymət artımı 0,91 dollar olub ki, bu da onun hər barelinin 52,15 dollara satılması deməkdir.

Xudaferin.eu

13:15