Neft Fondu da büdcənin pulunu kəsib

 

 

2017-ci il üçün müəyyən edilmiş illik və yarımillik proqnozların icrası səviyyəsi əsas mənbələr kimi Vergilər Nazirliyi, Gömrük Komitəsi və qeyri-kommersiya təşkilatlarının kommersiya fəaliyyətindən gəlirləri üzrə artıqlaması ilə yerinə yetirilmiş, Dövlət Neft Fondu üzrə isə kəsirlə icra olunmuşdur. Bu barədə Hesablama Palatasının “2017-ci ilin altı ayı üzrə əsas makroiqtisadi göstəricilərin və büdcə parametrlərinin” təhlilində bildirilir.

Dövlət Neft Fondu üzrə müəyyən edilmiş 6 milyard 100 milyon manat məbləğində illik və 3 milyard 500 milyon manat məbləğində yarımillik proqnozlar müvafiq olaraq 49,0% və 98,1% səviyyəsində icra edilərək 2 milyard 991 milyon manat məbləğində vəsait dövlət büdcəsinə köçürülmüşdür. 2017-ci ilin altı ayı üzrə dövlət büdcəsi gəlirlərinin həcmi 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə ümumilikdə 1 milyard 591 milyon 88,8 min manat və ya 25,9% artmış, ən böyük artım Dövlət Neft Fondu üzrə olmuşdur.

Azadliq.info

 

09:24