Nazir müavini 2021-ci ildə qarşıda duran sosial hədəfləri açıqlayıb

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov 2021-ci ildə qarşıda duran sosial hədəfləri açıqlayıb.

​Xudaferin.eu APA-ya istinadən  məlumatına görə, ötən ilin sosial sahədə görülən işlərə və 2021-ci ilin sosial hədəflərinə dair keçirilən mətbuat konfransında nazir müavini bildirib ki,

2021-ci ilin hədəfləri sırasına post-müharibə dövrü üzrə sosial dəstək tədbirlərinin daha da genişləndirilməsi daxildir.

“Burada işğaldan azad edilmiş ərazilərdə sosial infrastrukturun qurulmasına başlanması, sosial proqramların, o cümlədən mənzil və avtomobillə təminat, özünüməşğulluq və s. proqramların daha da genişləndirilməsi dayanır. Eyni zamanda yeni DOST, reabilitasiya və sosial xidmət mərkəzlərinin yaradılması, Nazirlik üzrə e-xidmətlərin sayının 61-dən 100-ə çatdırılması və s. daxildir”, - deyə o bildirib.

Xudaferin.eu

12:10