Nazim Bəydəmirli: “Dövlət Gömrük Komitəsində 24.8 milyard dollarlıq idxal malının qeydiyyatı rəsmiləşdirilməyib”

 

“Azərbaycana 55.1 milyard yox, 79.9 milyard dollar dəyərində mal göndərilib”

“Azərbaycanın Dövlət Gömrük Komitəsinin verdiyi hesabatlara əsasən, 2010-2015-ci illərdə Azərbaycana 55.1 milyard dollar həcmində mal idxal olunub. Ticarət partnyoru ölkələrin BMT-nin Ticarət Statistikası şöbəsinə təqdim etdiyi rəqəmlər isə göstərir ki, bu illər ərəzində Azərbaycana 55.1 milyard yox, 79.9 milyard dollar dəyərində mal göndərilib”.

Bu barədə keçmiş millət vəkili Nazim Bəydəmirli “feysbuk” səhifəsində yazıb.

“Üstəlik, idxaldan gələn 5 milyard dollarlıq vergi ödənişi dövlət büdcəsindən yayındırılıb”

“Bu, o deməkdir ki, Dövlət Gömrük Komitəsində 24.8 milyard dollarlıq idxal malının qeydiyyatı rəsmiləşdirilməyib, üstəlik idxaldan gələn 5 milyard dollarlıq vergi ödənişi dövlət büdcəsindən yayındırılıb. Siz də təəccüblənirsiniz ki, adamları niyə “G-klass mersedes”lə “xışdayırlar”, - deyə keçmiş millət vəkili əlavə edib.

Şamo
Hurriyyet.org

 

09:31