Nazarbayev Təhlükəsizlik Şurasının ömürlük sədri seçildi

Qazaxıstan parlamentinin senatı Təhlükəsizlik Şurası (TŞ) ilə bağlı qanun layihəsini təsdiqləyib. Layihə hazırkı prezident Nursultan Nazarbayevin ömürlük TŞ-nın sədri seçilməsini nəzərdə tutur. 

Xudaferin.eu-nun “RİA Novosti” agentliyinə istinadla xəbərinə görə, fevralda ədliyyə naziri Marat Beketayev jurnalistlərə açıqlamasında bildirib ki, qanun layihəsinin ölkədə keçirilən konstitusiya islahatlarından irəli gəlir və təhlükəsizliyin gücləndirilməsi üçün əsas faktordur. 

“Müəyyənləşdirilir ki, Qazaxıstan Respublikasının birinci prezidenti Təhlükəsizlik Şurasının ömürlük sədri olmaq gücündədir”, - Qazaxıstan parlamentində bildirilib. 

Qanun layihəsi imzalanması üçün Qazaxıstan prezidentinə göndərilib.

Xudaferin.eu

12:48