Nazarbayev Maliyyə Nazirliyinə qənaət etməyi tapşırdı

Qazaxıstanın 2016-cı il ərzində sosial-iqtisadi inkişafının nəticələri üzrə ölkə hökumətinin geniş tərkibdə keçirilən iclasında ölkə prezidenti Nursultan Nazarbayev bəyan edib ki, büdcə vəsaitini düzgün istifadə edə bilməyən qurumların maliyyələşdirməsini ixtisar etmək lazımdır.  

Xudaferin.eu xəbər verir ki, bu barədə Zakon.kz müxbiri bildirib. 

“İş ondadır ki, büdcə müdafiəsi zamanı hər bir nazirlik gəlir, xahiş edir və vəsait istəyir. Deməli, bu tələblər əsassız olub və bu pulların müsadirə edilərək, düzgün istifadə edə bilənlərə verilməsi lazımdır. Vəssalam. İstifadə etməyə məcbur etmək lazım deyil. Gələn il isə həmin qurumun maliyyə dəstəyini (büdcəsini) azaltmaq lazımdır. O zaman il ərzində pulu düzgün istifadə edəcəklər”, - o, əlavə edib. 

Bununla yanaşı Qazaxıstan prezidenti maliyyə nazirinin qənaət etməli olduğunu bildirib. 
“Onlar sadəcə pul istəməyi bilirlər, sən isə hamıya pul verirsən: ona, buna. Sənə dövlətin cibi, xəzinəsi etibar edilib, sən  qənaət edən və pulları mənə - prezidentə gətirib, “bu qədər yığmışıq, qənaət etmişik” deməli olan mühafizəçisən”, - N.Nazarbayev deyib. 

Xudaferin.eu

14:23