Nazarbayev Astananın adının dəyişdirilməsi təklifinə aydınlıq gətirib

Qazaxıstan prezidenti: “Nə olursa onun sonuna “nurlu” “nur” sonluğu əlavə edib, şəxsimlə bağlayırlar. Paytaxtın adının dəyişdirliməsi ilə bağlı heç kimə söz deməmişəm”.

Bunu ölkə prezidenti Nursultan Nazarbayev Astana şəhərinin adının dəyişdirilməsi ilə bağlı parlamentə verilən təkilfə münasibət bildirərkən deyib. “Nə olursa onun sonuna “nurlu” “nur” sonluğu əlavə edib, şəxsimlə bağlayırlar. Bu barədə dəfələrlə bildirmişəm. Hesab edirlər ki, mən hər yerdə “nurlu” yazılması barədə tapşırıq verirəm. Ötən gün parlamentə paytaxta mənin adımın verilməsi barədə təklif təqdim olunub. Mən belə bir təklifi nə demişəm, nə də tapşırmışam. Mən 25 ildə təkbaşıma bu qədər işi görə bilməzdim. Mən hesab edirəm ki, bu işləri görən bir komanda mövcuddur. Ona görə də uğur var” - Nursultan Nazarbayev vurğulayıb.
Qeyd edək ki, noyabrın 23-də Qazaxıstanın paytaxtı Astananın adının dəyişdirilməsi və şəhərə ölkə prezidenti Nursultan Nazarbayevin adının verilməsi təkilf edilib. Qazaxıstanın müstəqilliyinin 25-ci ildönümü münasibətilə hazırlanan layihədə Astananın adının dəyişdirilməsi təklifi də əks olunub. “Ölkə konstitusiyasında dövlətimizin birinci prezidenti, millətin lideri Nursultan Abişeviç Nazarbayevin əməyinin qeyd olunmasını, Elbasının (Nursultan Nazarbayevi belə də adlandırırlar – “Report”) adının paytaxtın adında və ölkəmizdəki başqa obyektlərdə öz əksinin tapmasını təklif edirik”, - deyə Qazaxıstan parlamentinin Aşağı Palatasının deputatı Kuanış Sultanov vurğulayıb.
Qeyd edək ki, dekabrın 16-da Qazaxıstanın müstəqilliyinin 25-ci ildönümüdür.

Xudaferin.eu

16:06