Natəvanın heykəli Avropada vandalizmin qurbanı oldu

Xudaferin.eu xəbər verir ki, "Avropada Azərbaycanın Dostları Cəmiyyəti"nin sədri, "Xudafərin" jurnalının baş redakatoru Elman Mustafazadənin məlumatına görə, Belçikanın Vaterloo şəhərində Azərbaycan şairi Natəvana qoyulmuş abidə vandalizmin qurbanı olub.

"Şübhəsiz ki, abidə düşmənlərimiz tərəfindən bu hala salınıbş İndi söz diplomatik korpusumuzun və diasporumuzundur", - deyə E.Mustafazadə Xudafərin.eu-ya bildirib. E.Mustafazadə onu da vurğulayıb ki, Belçikada Qarabağ xanının qızı və şairə Xurşidbanu Natəvana qoyulan abdənin ətrafında təhülkəsizlik kamerası qoyulmayıb: "Bu abidəni 24 saat kamera ilə izləmək üçün müvafiq xidmət göstərən qurumun hesabına illik 350 avro pul köçürmək lazımdır. Bütün dünyada kilsələri, heykəlləri təmir etdirən Azərbaycan hökuməti niyə görə bu kameraya ehtiyac duymadı? Axı biz erməni kimi vandallarla düşmənik. Bu gözələnilən idi", - deyə o təəssüflə vurğulayıb.

Qeyd edək ki, Heydər Əliyev Fondunun dəstəyi ilə Belçika Krallığının Vaterlo şəhərinin mərkəzi parkında Azərbaycanın görkəmli şairəsi Xurşidbanu Natəvanın xatirəsinə qoyulmuş abidənin açılışı 2016-cı il fevralın 18-də baş tutub. Heykəlin postamentində "Şərqin müasir maarifçi və şairə qadını Xurşidbanu Natəvan, Qarabağ şahzadəsi, Azərbaycan" sözləri yazılıb. Özündə Qarabağla bağlı qeydi əks etdirən bu abidənin Belçikada ucaldılması Azərbaycan həqiqətlərinin yaşadılması və dünyada tanıdılması istiqamətində aparılan işlərə bir töhfədir. Heykəli Azərbaycanın Xalq rəssamı Tahir Salahovun rəhbərliyi altında heykəltəraş İmran Mehdiyev hazırlayıb.

P.S. Ötən il abidəyə baş çəkmişdik. Heykəlin ətrafinda Mirzə Sakit, Akif Nağı və mən, təmizlik işləri aparmışdıq...

P.P.S. İndi söz diasporumuzun və diplomatik korpusumuzundur.

Elman Mustafazadə

Xudaferin.eu

16:02