''NATO Türkiyəsiz zəif olacaq''

 

Bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.

Onun sözlərinə görə, Ankara NATO-nun Əfqanıstan, Kosovo və digər ölkələrdəki missiyalarına mühüm töhfə verir. “Şübhəsiz ki, NATO Türkiyəsiz zəif olacaq. Türkiyə bir çox səbəblərə görə NATO-nun mühüm müttəfiqidir”, - deyə NATO-nun baş katibi qeyd edib. O qeyd edib ki bu, əsasən Türkiyənin coğrafi yerləşməsi və hərbi potensialı ilə əlaqədardır. Bu, DEAŞ-la mübarizədə böyük əhəmiyyət kəsb edir.

“Türkiyə toqquşmaların və qarşıdurmanın davam etdiyi İraq və Suriya ilə həmsərhəddir. Bundan başqa, onun NATO üçün strateji olan Qara Dəniz regionu ilə sərhədi var. Bu, Rusiya ilə münasibətlər üçün böyük əhəmiyyət kəsb edir”, - deyə Yens Stoltenberq qeyd edib.

Stoltenberq qeyd edib ki, Türkiyə Avropa və NATO-nun təhlükəsizliyi üçün əsas ölkələrdən biridir.  NATO-nun baş katibi Türkiyənin siyasətini tənqid edən qərb ölkələrini qarşılıqlı hörmət nümayiş etdirməyə, sakitliyi qorumağa və müttəfiqə düşünülmüş münasibət göstərməyə çağırıb.
Qeyd edək ki, Avropa Birliyi üzvü olan ölkələr 16 aprel tarixində Türkiyədə keçirilən Ana Yasa referendum prosesində AKP iqtidarının qanunsuz əməllərini kəskin şəkildə tənqid edən qərarlara üz tutmuşdur. Bununla yanaşı, Ana Yasa referendumunun nəticələrinin faktlar əsasında saxtalaşdırılmasına qarşı sərt mövqe nümayiş etdirmişdir. ABŞ-ın Avropa Birliyinin belə bir mövqeyini yumşaltmaq üçün Orta Doğudakı proseslərə cəlb etmə taktikası fikrimizcə tamamilə yalnış münasibətdir. Əşirətçi bir siyasətlə Türkiyəni ortaçağ siyasətinə yuvarlamaq və Avropa Birliyinin sərhədləri yaxınlığında bütün bunların baş verməsi tamamilə yalnış münasibətdir. Avropa Birliyinin tələbləri sərhədləri yaxınlığında belə bir hakimiyyətin olmasından əndişə duyması ilə bağlıdır.

Xudaferin.eu
“Avropa Bürosu”

20:20