NATO şәrqi Avropadakı hәrbi mövcudluğunu artırır

 

Rusiyanın 2014-cü ildә Krımı ilhaq etmәsindәn sonra NATO şәrqi Avropadakı hәrbi mövcudluğunu artırır.

‘‘Atlantik Həll’’ әməliyyatı çərçivəsində ABŞ hərbçilərinin Rumıniyada daha çox sayda yerləşdirilməsindәn sonra keçirilən ilk təlimdə hәrbi dәniz vә quru qoşunları iştirak edib.

Tәlimdә təhlükələrə qarşı birgə əməliyyatlar aparılıb. Amerikanın Konstansadakı helikopterlərini Rumıniya ordusunun 25 hərbçisi müşayiət edib. NATO bölgədəki müdafiə gücünü artırmaq üçün keçən ay Rumıniyaya 2 min 200 Amerika əsgəri və 8 helikopter göndərmişdi.
Faktiki olaraq, NATO ilə birbaşa əməkdaşlıq edən yeni Avropa dövlətləri sırasında Litva, Latviya, Estoniya, Polşa, Macarıstan, Çexiya, Slovakaiya, Bolqarıstan, Rumıniya, Kosovo, Qaradağ (Çernoqoriya), Sloveniya, Makdeoniya, Xorvatiya, hətta Ukrayna və Moldova yer almaqdadırlar. Bu dövlətlər rəsmi şəkildə bildirirlər ki, Rusiya yenidən öz imperiya və işğalçılıq siyasətindən geri çəkilmək fikrində deyil. Süni şəkildə “bölücü” regionları dəstəkləməklə, işğalçılıq anklavlarını yaratmışdır. Bu da öz növbəsində həmin dövlətlərin daha özgür olması və inkişafı baxımından çox təhlükəlidir.

Xudaferin.eu
“Avropa Bürosu”

08:46