NATO peyk və kompüter proqramlarına 3 milyard avro ayıracaq

 

NATO özünün peyk proqramının təkmilləşdirilməsinə və kompüter texnologiyalarının inkişafına, o cümlədən kibernetik müdafiənin yaxşılaşdırılmasına 3 milyard avro ayırmağı planlaşdırır.

Bu vəsaitin böyük hissəsi (1,7 milyard avro) qoşunları, gəmiləri və pilotsuz uçuş aparatlarını daha yaxşı dəstəkləmək üçün peyk əlaqəsinin yaxşılaşdırılmasına xərclənəcək. Həmçinin 800 milyon avro raket və hava hücumundan müdafiə sistemlərinin idarəsinə cavabdeh kompüter sistemlərinin təkmilləşdirilməsinə ayrılacaq. Kibernetik təhlükədən müdafiənin gücləndirilməsi üçün isə 71 milyon avro nəzərdə tutulub. NATO-nun Baş katibi Yens Stoltenberqin 2016-cı ildə alyansın təhlükəsizliyi və fəaliyyəti barədə məruzəsinə əsasən, ABŞ istisna olmaqla, quruma üzv 27 ölkənin hərbi xərcləri ötən illə müqayisədə orta hesabla 3,8 faiz artaraq onların ümumdaxili məhsulunun 1,47 faizini təşkil edib. NATO-nun büdcəsində ABŞ-ın payı 2016-cı ildə 45,9 faiz olub. Bununla yanaşı, ötən il Şimali Atlantika blokunun 28 ölkəsinin müdafiə xərcləri ümumilikdə 2010-cı ildə qeydə alınan qiymətlərlə 892 milyard dollar təşkil edib.

Xudaferin.eu
“Avropa Bürosu”

 

05:57