NATO Latviyanın müdafiəsinə 71 milyon avro yatıracaq

 

NATO 2021-ci ilə qədər Latviyanın müdafiəsinə təxminən 71 milyon avro yatırmağı planlaşdırır. Bu barədə məlumatı “nra.lv” saytı Latviya Müdafiə Nazirliyinə istinadla yayıb.

Həmin vəsaiti Latviya Milli Silahlı Qüvvələrinin (HBC) infrastrukturunun inkişafına, müttəfiqlərin qəbul edilməsinin və yerləşdirilməsinin təmin olunmasına yatırmaq planlaşdırılır. Latviya Nazirlər Kabinetinin fevral tarixli əmrinə görə, Latviya Müdafiə Nazirliyi 2017-2021-ci illərdə üzərinə uzunmüddətli öhdəliklər götürə, NATO-nun təhlükəsizliyə investisiyalar üzrə proqramının maliyyələşdirilməsi üçün təqribən 71 milyon avro xarici maliyyə yardımı, layihələrin Latviya hökuməti hesabına və xarici ölkələrlə müştərək maliyyələşdirilməsi üçün vergilərin ödənilməsinə 27 milyon avroya qədər vəsait cəlb edərək müqavilələr imzalaya bilər.
NATO-nun təhlükəsizliyə investisiyalar üzrə proqramına ayrılan maliyyə vəsaitini infrastrukturun inkişafına, təlim və təchizata xərcləmək planlaşdırılır.

Xudaferin.eu
“Avropa Bürosu”

09:38