Natiq Cəfərli: “Ölkənin əsas xəbərləri iqtisadi xəbərlərdir, belə də olacaq”

 

“Hərrac bitdi, dollar, az da olsa bahalaşdı, məzənnə 1,7498 manat oldu. Axşama Mərkəzi Bank rəsmi məzənnəni, yəqin ki, 1,7499 elan edər. Ölkənin əsas xəbərləri iqtisadi xəbərlərdir, belə də olacaq”.

Bu barədə REAL icra katibi Natiq Cəfərli “feysbuk” səhifəsində yazıb: “Çünki iqtisadiyyat bütün siyasi proseslərin təməlini təşkil edir. Az qala 10 milyonluq ölkə yanvar ayında cəmi 75 milyon dollarlıq qeyri-neft məhsulları ixrac edibsə, kimin prezident, kimin vitse-prezident olmasının heç bir əhəmiyyəti qalmır. İqtisadiyyat isə xəstə durumdadır, dərmanı- köklü idarəetmə islahatlarıdır. Dərman (köklü islahatlar) olmayanda, pasient (sistem) ölür (çökür)-bu aksiomadır. Axrını da qalstuklu müəllimlər düşünsünlər...”

Hurriyyet.org

 

09:55