Natiq Cəfərli: “Gəlir artımı kağız üzərindədir, azalma var”

 

“Neft Fondu depozitlərini 2015-ci illə müqayisədə 2,1 dəfə və ya 1 milyard 965 milyon manat artıraraq 3 milyard 758 milyon manata çatdırıb”. Bu barədə iqtisadçı Natiq Cəfərli bildirib.

“Azərbaycan Beynəlxalq Bank”-a qoyulan 1 milyard 773,75 milyon manat batıb”

“ARDNF bir Azərbaycan və dörd Türkiyə bankına depozit yatırıb. 2016-cı ilin sonunda Fondun “Azərbaycan Beynəlxalq Bank”-ında yerləşdirdiyi depozit məbləği 1 milyard 773,75 milyon manatdır, yəni yerli banka qoyulan bu məbləğ batıb, bank bankrot olub. Bu vəsait, yəni 1,1 milyard dollar Neft Fondunun aktivində indi görünür, faktiki isə pul batıb, hələ bir pafosla deyirlər ki, valyuta ehtiyatlarımız artıb, əslində artım kağızdadı, azalma var”, - deyib iqtisadçı.

“ARDNF 4 Türkiyə bankına depozit yerləşdirib”

Cəfərli qeyd edib ki, yerdə qalan məbləği ARDNF 4 Türkiyə bankına - “Ziraat Bankası A.Ş"-də 429,025 milyon manat, “Akbank T.A”-da 280,168 miyon manat, “Türkiye İş Bankası A.Ş”-da 637,977 milyon manat, “Türkiye Garanti Bankası A.Ş.”-da 637,988 milyon manat yerləşdirib: “Ölkənin varidatı yığılan Fond cəmi bir yerli banka pul qoyub, o da batıb, sonra heç bir yerli banka güvənməyərək xarici banklara depozit yerləşdirib”.

“Özünüz yerli banklara güvənmirsinizsə, camaat niyə inanıb bizim banklara pul qoymalıdır?”
 

Cəfərli sual edir ki, özünüz yerli banklara güvənmirsinizsə, camaat niyə inanıb bizim banklara pul qoymalıdır: “Kəfən pulunu” niyə bizim banklarda saxlamalıdır ki?!

Şamo
Hurriyyet.org

 

09:25