Natiq Cəfərli: “Biz dollarsevər millətik, avronu “konfet kağızı” sayırıq”

 

 

“Avronun məzənnəsi 2 manatı keçdi”

“Əziz dollarsevən millətim, 2 gündür bizim saytlar yenə “manat möhkəmləndi”, “dollar manata nisbətən ucuzlaşdı” kimi multfilm başlıqlar atırlar, məğzi isə budur ki, əl ilə, inzibati qaydada tənzimlənən məzənnə 1.7010-dan, 1.7009 manata enib”. Bu barədə iqtisadçı Natiq Cəfərli “feysbuk” səhifəsində yazıb.

 

“Avrozonadan gətirilən mallar manatla azı 10-15% bahalaşır-bahalaşacaq”

 

“Amma dollarsevərlər ölkəsində heç kim demir ki, son 2 ayda avro manat qarşısında 10% civarında bahalaşıb, rəsmi məzənnə 1 avro = 2 manat olub, banklar isə avronu 2 manatdan da baha satırlar.

Niyə belə olur? ABŞ-da siyasi böhran və FED siyasəti dollar indeksini aşağı saldı, 1 avro son günlər 1 dollar 17 sentə qədər bahalaşdı. Bizim Mərkəzi Bank inzibati məzənnə rejimində işlədiyinə və dollar qarşısında manatın aşağı həddini öz aləmlərində 1,7 manat müəyyən etdiklərinə görə məcbur oldular ki, avronu bahalaşdırsınlar. Məntiqlə üzən məzənnə olsaydı, avro daha az bahalaşar, dollar isə ciddi ucuzlaşardı. Bunu etmədilər, 1,7 məzənnənin aşağı qırmızı xəttidir deyə avronu daha sürətlə bahalaşdırdılar, avronun məzənnəsi 2 manatı keçdi. Bu isə o deməkdir ki, AB-dən, avrozonadan gətirilən mallar manatla azı 10-15% bahalaşır-bahalaşacaq. Hökumət də bilir ki, biz dollarsevər millətik, dollara reaksiya veririk, avronu “konfet kağızı” sayırıq” –deyə iqtisadçı bildirib.

Şamo
Hurriyyet.org

 

10:19