“Muzey həftəsi” layihəsi başa çatıb

 

Gəncədə Nizami yurdunun 2017-ci ilin MDB-nin Mədəniyyət Paytaxtı elan olunması, 18 May-Beynəlxalq Muzeylər Günü ilə əlaqədar “Şəhərimizi tanıyaq!” devizi altında “Muzey həftəsi” layihəsi başa çatıb.
 

Şəhər İcra Hakimiyyəti, şəhər Təhsil İdarəsi, Gəncə Regional Mədəniyyət və Turizm İdarəsinin dəstəyi, şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən tur aksiyanın sonuncu günündə şəhərin ali və orta ixtisas məktəblərinin tələbələri iştirak ediblər.
Gəncləri şəhərin tarixi, mədəni irsi ilə daha yaxından tanış etmək məqsədi ilə keçirilən maarifləndirici tur-aksiya çərcivəsində gənclər Nizami Gəncəvinin Muzey və Məqbərəsində, İmamzadə Dini Memarlıq Kompleksində, Qala Qapıları–Arxeologiya və Etnoqrafiya Muzeyi Abidə Kompleksində, Məhsəti Gəncəvi Mərkəzində olublar.

Tur-aksiya iştirakçıları şəhər rəhbəriliyi tərəfindən onlar üçün yaradılmış bu gözəl şəraitə görə dərin minnətdarlıqlarını bildiriblər. Qeyd ediblər ki, “Muzey həftəsi” layihəsi çərcivəsində qədimliyini qoruyaraq müasirləşən Gəncənin zəngin və çoxəsrlik tarixi, mədəniyyəti haqqında dolğun məlumat əldə etmək imkanı qazanıblar.

Hicran Məmmədova

Gəncə

09:34