“Müstəqillik məktəblilərin gözü ilə”

 

Gəncə Gənclər və İdman Baş İdarəsinin dəstəyi, şəhər Təhsil İdarəsinin, Ombudsmanın Gəncə Regional Mərkəzinin və Gənclər Evinin təşkilatçılığı ilə “18 Oktyabr-Müstəqillik Günün”nə həsr olunan “Müstəqillik məktəblilərin gözü ilə” adlı rəsm sərgisi təşkil olunub.

 

Sərgidə şəhərin 24 orta ümumtəhsil məktəbin şagirdlərinin 30-dan artıq əl işləri nümayiş olunub. Münsiflər heyəti tərəfindən ən yaxşı rəsm əsərləri seçilib. I yerə 38 saylı tam orta məktəbin VIII sinif şagirdi Kəklik Əliyeva, II yerə 22 saylı tam orta məktəbin IX sinif şagirdi Fərhad Atakişiyev, III yerə isə 44 saylı orta məktəbin şagirdi layiq görülüblər.

Qalib məktəbli rəssamlar şəhər Gənclər və İdman Baş İdarəsinin diplom və hədiyyələri ilə təltif ediliblər.

Hicran Məmmədova
Gəncə

 

 

10:03