Mustafa Hacıbəyli prokurorluğa çağırılıb

 

Bu barədə M.Hacıbəyli özü məlumat yayıb
 

Mayın 23-də basta.info saytının baş redaktoru Mustafa Hacıbəyli Baş Prokurorluğa çağırılıb. Baş redaktor prokurorluğa çağrılmasının səbəbini belə izah edib: "Səbəbini soruşduqda bunu saytda dərc edilən bəzi yazılarla izah etdilər. Konkret deyə bilmərəm ki, hansı yazılardır, yəqin orada olduqda söhbətin hansı yazılardan getdiyi bilinəcək".

M.Hacıbəyli dəvətə uyğun, saat 15:00-da prokurorluqda olacağını söyləyib. M.Hacıbəyli Müsavat Partiyasının başqanı Arif Hacılının qardaşıdır. Saytda əsasən tənqidi yazılar dərc edilir.

Qeyd edək ki, hüquq-mühafizə orqanlarının son zamanlar  siyasi “senzura” idarələrinə çevrilməsi prosesi müşahidə olunur. Bu da Azərbaycan Respublikasının Konstitutsiyası qanunlarına görə tamamilə qanunsuz bir haldır. Vətəndaşların Ana Yasa qanunlarına görə öz fikir və düşüncələrini azad şəkildə ifadə etmək hüquqları vardır. Bununla yanaşı, həm də peşəkar jurnalistika ilə məşğul olan adamların tənqidi yazılar yazması dünyanın istənilən ölkəsində normal qarşılanır. Ölkədə baş verən korrupsiya və traybalizm kimi sağalmaz xəstəliyin qarşısı məhz azad mətbuatın sayəsində alınması kimi mübarizə metodu da vardır. Məhz onların sayəsində cəmiyyətin problemləri işıqlandırılır. Bunu hüquq-mühafizə orqanları görmürsə və ya dəyərləndirmirsə, deməli ölkənin hərbi polis rejimi qayda-qanunları idarə olunduğu göz önündədir.

Amerikaninsesi.org

09:56