Musa Aşüftə: İranın siyasi atmosferində artıq ‘Türk Siyasəti’ndən söz edə bilərik

 

 

“Həsən Ruhaninin məclisə təqdim etdiyi yeni nazirlər siyahısında türk var, amma türk siyasətinə mənsub heç bir siyasətçi yoxdur,” deyə Musa Aşüftə son vaxtlar xüsusilə Təbriz və Urmu millət vəkillərinin də gündəmində olduğu yeni kabinet tərkibini dəyərləndirib.

Tehrandan “Amerikanın Səsi” radiosuna danışan türk fəal İranda artıq Türk Siyasətinin mövcudluğunu önə çəkib. O, xüsusilə İran Azərbaycanının üç sərhəd vilayətində yaranmış ictimai baza və legitimlikdən yararlanan siyasətçiləri Türk Siyasəti çərçivəsinə yerləşdirir.

Azərbaycan və başqa türk bölgələrində türk məsələsi ətrafında yaranan ictimai bazadan güc və legitimlik qaynağı olaraq istifadə edən siyasət və siyasətçiləri türk siyasəti kimi görə bilərik.

Musa Aşüftənin sözlərinə görə, “get-gedə İran hakimiyyətinin yuxarı səviyyələrində türklərin sayının azaldığını görürük. Bunu yeni nazirlər kabinetinin tərkibi ilə də əlaqələndirə bilərik. İran hakimiyyətində aparıcı rollarda olan türklərin azalmasını hakimiyyətin islami xəttdən, Fars-İran millətçiliyinə yönəlməsi ilə də açıqlamaq olar.”

Prezident Ruhaninin İran Parlamentinə təqdim etdiyi yeni nazirlər siyahısında İran Azərbaycanının üç sərhəd vilayətindən heç bir siyasətçiyə yer verilməməsi xüsusilə Təbriz və Urmiyə millət vəkillərinin etirazına səbəb olub. Musa Aşüftənin fikrincə, Azərbaycanın üç sərhəd vilayətindən kimsənin kabinetə daxil olmaması, milli hərəkatın daha güclü və nüfuz olduğu bölgələrdən olan siyasətçilərin kənarlaşdırılması anlamına gəlir.

“Ölkənin əhalisinin böyük bölümünü təşkil edən türklərin olmadığı bir nazirlər kabineti əsasən mümkün deyil. Yəni Ruhaninin yeni kabinetində də türklər vardır. Amma, məsələ buradadır ki, türk siyasətinə mənsub heç bir siyasətçi, heç bir nazir təqdim olunmamış. Məsələ buradadır və etirazlar da bununla bağlıdır,” deyə o söyləyir.

Ölkənin əhalisinin böyük bölümünü təşkil edən türklərin olmadığı bir nazirlər kabineti əsasən mümkün deyil. Aşüftə türk siyasəti deyəkərn nəyi qəsd etdiyini də açıqlayır: “Artıq İranda türk siyasətindən söz edəbilərik. Türk bölgələrində gedən ictima dəyişikliklər nəticəsində aktivistlər, oxumuşlar, aydınlar və bütün insanlar milli məsələyə yönəliblər. Bu da istər istəməz siyasətçilərə də təsir göstərir. Demək olar ki, türk bölgələrində, xüsusilə Azərbaycanda milli məsələ və milli istəklər mehvərində mərkəzdəkindən fərqli bir siyasi atmosfer yaranıb. Buna görə də, biz bir türk siyasətindən söz edə bilərik və bu yeni nazirlər kabinetində türk siyasətinə mənsub insanların olmadığını görə bilirik.”

O, əlavə edir, “biz türk siyasətini indilik belə tərif edə bilərik; Azərbaycan və başqa türk bölgələrində türk məsələsi ətrafında yaranan ictimai bazadan güc və legitimlik qaynağı olaraq istifadə edən siyasət və siyasətçiləri türk siyasəti kimi görə bilərik. Hər nə qədər siyasətçilər türk məsələsinə yönəlirlərsə, bir o qədər də İranda aparıcı vəzifələrdə işləməkdən uzaq tutulurlar. Xüsusilə bizim hərəkatın güclü olduğu üç sərhəd vilayətdə ki, türk məsələsinə ictimai şəkildə yönəlmə var.”

Bu yaxınlarda bəzi millət vəkilləri İran Parlamentində “Türk” adına həssaslıqların mövcud olduğu səbəbilə Türk Bölgələri Fraksiyasının adının Şimal-Qərb Vilayətlər Fraksiyasına dəyişiləcəyi ehtimalından söz ediblər.

Musa Aşüftə deyir, “bu fraksiya üçün ən doğru ad seçildi; Türk Bölgələri Fraksiyası. Elə oldu ki, İran Məclisinin 100-dən artıq millət vəkili bu çərçivəyə yerləşdi. Bu çox önəmli məsələ idi. Amma, sonralar fraksiyanın hüquqi və rəsmi işlərində, məclisin başqanlıq heyəti ilə onun adı ilə bağlı problemlər yaşandı. Bəzi millət vəkilləri türk adına həssaslıqların mövcud olduğundan söz etdilər. Doğrudur, İranın rəsmi siyasi atmosferində bu ad bir tabu hesab edilir. Bu tabunu qırmaq üçün daha çox işləmək lazimdir. Bəzi millət vəkilləri Türk adına həssaslığa qarşı müqavimət göstərirlər.”

Biz bir Türk Siyasətindən söz edə bilərik və bu yeni nazirlər kabinetində türk siyasətinə mənsub insanların olmadığını görə bilirik. O, prezident Ruhaninin dörd il öncə Türk Dil Qurumunun təsisi vədinin yerinə yetirilməməsi səbəbinin də Türk adına qarşı olan həssaslıqlar ilə bağlı olduğunu önə çəkir: “Ruhani keçən seçkilər ərəfəsində Təbriz və Urmiyədəki danışıqlarında Türk Dil Qurumu yaradacağına söz verdi. Amma, bu yaranma mərhələsinə gələndə muxalifətlər üzündən adını məcburən Azərbaycan Mədəniyyət Qurumu qoydular. Elə bir qurum yarandı ki, faydası olmadı və istənilən hədəfə çatmadı. İndi bəzi millət vəkilləri də düşünürlər ki, bu fraksiyanın adını Şimal-Qərb Vilayətlər Fraksiyası olaraq qəbul etsələr, funksiyasını itirəcək. Buna görə də, bu millət vəkilləri müqavimət edirlər ki Türk Bölgələri Fraksiyası sabitləşsin.”

Tehranda yaşayan türk fəalın fikrincə, millət vəkilləri əslində milli tələbləri toplumdan gələn basqılar nəticəsində səsləndirirlər. Millət vəkillərinin hamısı milli düşüncəyə sahib deyil. Sadəcə toplumdan gələn təpkilər və basqılar nəticəsində bir işlər görmək məcburiyyətində qalırlar.

“Bu millət vəkillərinin hamısı milli düşüncəyə sahib deyil. Sadəcə toplumdan aldıqları o təpkilər və toplumdan gələn basqılar nəticəsində bir işlər görmək məcburiyyətində qalırlar. Türk Bölgələri Fraksiyası da əslində keçən dönəmlərdə türk fəalların təklifi olub. Eyni halda bu məsələnin bir tərəfidir. Məsələnin digər tərəfi budur ki, sistem ciddi mənada bunun formalaşmasının qarşısında durur. Eyni zamanda millət vəkilləri də muhafizəkar ya islahatçı qanadlara mənsub olduqları üçün birinci prioritetləri bu məsələ olmur. Bu faktorları nəzərə alanda görürük ki, Türk Fraksiyası söhbəti bəzən qızğın şəkildə ortadadır və aradan bir müddət keçdikdən sonra, bəzi çətinliklər ilə üzləşdikdən sonra bu söhbətin ortada olmadığını görürük.”

Musa Aşüftənin fikrincə, “bu məsələ yuxarı dərəcədə türk toplumunun, xüsusilə Güney Azərbaycanın necə bu millət vəkilləri ilə uzlaşmaya getməsi və eyni zamanda tələblərin bu vəkillərə çatdırılması, bəzən də toplumdan millət vəkillərinə olan basqılar ilə əlaqəlidir.”

Amerikaninsesi.org

09:55