Müəllimlərə zərbə: Dillər və Slavyan universitetində maaşlar kəsilib, ixtisarlar gedib

 

Dillər və Slavyan universitetində maaşlar kəsilib, ixtisarlar gedibİki dövlət universitetində müəllimlərin əmək haqları yarıbayarı endirilib

 

Bir qrup müəllimin verdiyi xəbərə görə, Azərbaycan Dövlət Dillər Universitetində və Bakı Slavyan Universitetində maaşlar 50 faiz azaldılıb. Bu göstərişin rektorluq yoxsa hökumət səviyyəsində gəldiyi bilinməsə də, faktiki olaraq müəllimlərin maaşı azaldılıb, ixtisarlar olub, ştatlar məhdudlaşdırılıb. Müəllimlərin büdcəsinə ciddi zərbə olan bu qərarlar daxili auditoriyadan kənara çıxarılmayıb. Xeyli sayda universitet işçisi ixtisar edilib, maaşları azaldılan müəllimlər isə səsini çıxara bilmir.

Məlumatda bildirilir ki, hər iki ali məktəbin rektorluğunda dəyişiklik olub. Bu isə öz növbəsində tədərsini səviyyəsini heç də qaldırmayıb ki, aşağı salıb. Bu barədə növbəti yazılarda detallı məlumat verəcəyik. Hələliksə, Xarici Dillər Universitetində və Bakı Slavyan Universitetindəmaaşlar 50 faiz azaldılması müəllimləri “matəm”ə qərq edib.  

Onların nəzərinə çatdırılıb ki, iqtisadi vəziyyət pisləşib, dövlətin büdcəsi boş qazandır və maaşlar kəsilir. Hazırda gərginlik hökm sürdüyü deyilir. Ötən ilin fevralındaAzərbaycan Dillər Universitetində (ADU) məvaciblər artırılması haqda xəbər yayılıb. Lakin məlumat yalan imiş.

Ekspertlərin sözlərinə görə, 2016-cı ilin yanvar-noyabr aylarında Azərbaycanda dövlət büdcəsinin gəlirləri 12965,5 milyon manat, xərcləri 13927,4 milyon manat təşkil edib.  

Büdcənin icrasında 961,9 milyon manatlıq və ya ümumi daxili məhsulun 1,8 faizi qədər kəsir yaranıb.

Büdcənin faktiki kəsiri 241 milyon manat olub. Halbuki 2016-cı ilin büdcə qanununda büdcə kəsri 1.673 milyard manat nəzərdə tutulmuşdu. Deməli, faktiki büdcə kəsiri proqnozlaşdırılan göstəricidən 7 dəfə azdır. Hökumətin qanunda nəzərdə tutulan hansı xərc öhdəliklərini ixtisar etməsi barədə əlavə məlumat yoxdur. Lakin bir məsələ aydındır ki, 2016-cı ilin büdcə kəsirini örtmək üçün hökumətin əlində 1.450 milyard manata yaxın xəzinə ehtiyatı (qalığı) vardı. Göründüyü kimi, göstəricinin 7 dəfə az olması həmin ehtiyatların 1.2 milyard manatının qorunub saxlanması ilə nəticələnib. Bu o deməkdir ki, artıq Maliyyə Nazirliyinin ehtiyatında 2017-ci ilin proqnozlaşdırılan 645 milyon manatlıq büdcə kəsirinə qarşı 1.2 milyard manat ehtiyat var.

Dövlət büdcəsinin gəlirləri 15,955 milyard manat, xərcləri 16,6 milyard manat (o cümlədən mərkəzləşdirilmiş gəlirləri 15 milyard 312 milyon 619 min manat, yerli gəlirləri 642,381 milyon manat, mərkəzləşdirilmiş xərcləri 15 milyard 881,730 milyon manat, yerli xərcləri 718,270 milyon manat) məbləğində təsdiq edilməsi proqnozlaşdırılır.
Beləliklə, bu ilin dövlət büdcəsinin 645 milyon manatlıq kəsirlə icra olunması nəzərdə tutulub.Yalnız təhsil xərclərində 29 milyon manat, 1,6 faiz artım var. Bu, o deməkdir ki, son 2 ildə baş verən kəskin devalvasiya və onun doğurduğu inflyasiyaya rəğmən sosial müavinət, pensiya və büdcə işçilərinin maaşlarında artım gözləməyə dəyməz. Ən çox azalma investisiya xərclərindədir - 1,142 milyard manat və ya 38 faiz azalma var. Bugünlərdə hökumətə yaxın şəxslərdən kimsə demişdi: hökumət gərək xalqa açıq desin ki, kəmərləri sıxmaq vaxtıdır.

Politika.Az

 

17:14