Müğənnidən Urmu gölünə ithaf :"Şor Su"

Həmid Nəsr: “Amacım Urmu Gölünün yenidən canlamasıdır”

Güney Azərbaycanın Urmu bölgəsində yaşayan musiqiçi Həmid Nəsr Urmu Gölünün ekoloji problemlər ucbatından qurumasının qarşısını almaq, bu gölü hər kəsin istədiyi kimi yenidən canladırımaq üçün "Şor Su" adlı albomunu hazırlayıb. Həmid Nəsrinin yeni albomu 9 bəstədən ölüşüb. Çağdaş standartları nəzərə alaraq, yeni albomda yer alan mahnıların çoxu pop üslubundadır. Mahnılarıın müəllifləri isə yerli bəstəçilər olaraq Fərhad Düdəngi, Daryuş Bərzigar, Kiyanuş Məhəmmədi və Rza Bəygidir. Bütün mahnıların şeir mətnini isə şairlərdən Məhəmmədhüseyn Şəhiryar və Əli Əkdəmdir.
"Bu albom ömrü boyu qıyısında yaşadığım Urmu gölünə ithafdır", – deyən Həmid Nəsr "Şor Su" albomu ilə yenidən diqqəti qurumaqda olan təbii su yatağına yönəltmək istəyir.

Xudaferin.eu
Güney Azərbaycan, “Təbriz Bürosu”

 

 

11:30