“Muğamat var olan yerdə”

Azərbaycan Dövlət Filarmoniyasının səhnəsində “Muğamat var olan yerdə” adlı xalq musiqisindən ibarət konsert keçirilib. “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən konsert zamanı Filarmoniyanın foyesində Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin incəsənət və musiqi məktəblərinin uşaqlarının hazırladığı rəsm əsərlərinin sərgisi təşkil olunub. Konsertdən əvvəl və sonda tamaşaçılar sərgiylə tanış olublar.

Konsertdə Azərbaycan bəstəkarlarının əsərləri xalq mahnıları, muğam və təsniflər səsləndirilib. Konsertin iştirakçıları Muğam Televiziya Müsabiqəsinin Laureatı Təyyar Bayramov, Ehtiram Hüseynov, Kamilə Nəbiyeva, Bəyimxanım Nəbiyeva, Mirələm Mirələmov, Elnur Zeynalov və başqaları olublar. Konserti Muğam İnstrumental Ansamblı müşayiət edib.

Xudaferin.eu

22:16