Muğam Mərkəzində “Dələduz” tamaşasının premyerası keçiriləcək

Muğam Mərkəzində Şuşa Dövlət Musiqili Dram Teatrının təqdimatında “Dələduz” tamaşasının premyerası olacaq. Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, bu gün Beynəlxalq Muğam Mərkəzində Şuşa Dövlət Musiqili Dram Teatrının təqdimatında görkəmli Azərbaycan dramaturqu Nəcəf bəy Vəzirovun “Dələduz” tamaşasının premyerası olacaq.

Tamaşanın quruluşçu rejissoru Lalə Şirinova, quruluşçu rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı Ağasəlim Feyzullayevdir. Tamaşada teatrın aktyorlarından Teymur Məmmədov (Mirzə Dadaş), Mətanət Eres (Gülcahan), Etibar Cəfərov (Məcid), Rasəf Mehdiyev (Qurbanəli), Nazir Rüstəmov (Divanbəyi), Vüqar Ağayev (Fərraş Məmmədəli), Sevic Ağayeva (Pəricahan), Vüsalə Məmmədzadə (Nurcahan), Xanirə İsgəndərova (Ana), Məhbubə Fətəliyeva (Tükəzban) iştirak edirlər.

TREND.İA

16:22