Müdafiə Nazirliyi Qubadlı rayonunun Yuxarı Mollu kəndinin videogörüntülərini paylaşıb VİDEO

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi işğaldan azad edilmiş Qubadlı rayonunun Yuxarı Mollu kəndinin videogörüntülərini yayıb.

Xudaferin.eu AZƏRTAC-a istinadən Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla həmin görüntüləri təqdim edir.

Həkəri çayının sahilində yerləşən Yuxarı Mollu kəndi 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. İkinci Qarabağ müharibəsində düşməni ağır məğlubiyyətə uğradan rəşadətli Azərbaycan Ordusu noyabrın 9-da kəndi işğaldan azad edib.

Xudaferin.eu


 

13:04